Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac elektrik kupesini hazırlayır

Cadillac şirkəti öz elektrik maşınının konseptini hələ 2009-cu ildə Converj adı ilə təqdim etmişdi. Bundan bir müddət sonra şirkət rəhbərliyi maşının ELR adı ilə kütləvi istehsal olunacağını bildirdi. Yeni elektrokara dair müəyyən texniki təfərrüatlar yalnız indi ortaya çıxır.

Bir çoxları Cadillac ELR maşınının Chevrolet Volt-un daha bir oxşarı olacağından şübhələnsələr də, bu kupe həmin sedandan xeyli fərqlənəcək. Car&Drive portalının xəbər verdiyi kimi, başlıca fərq bəzi məlumatlara əsasən daha güclü turbo hava doldurmalı benzin motoru, başqa mənbələrə görə isə Opel-dən 1,8 litrlik atmosfer mühərriki ola bilər. Xatırladaq ki, Chevrolet Volt 1,4 litrlik benzin motoru ilə təchiz olunur.

Burada isə benzin mühərriki üzərinə həm batareyaları doldurmaq, həm də cərəyan qurtaranda maşının təkərlərini fırlatmaq vəzifəsi qoyulur. Beləliklə, Cadillac kupesi Chevrolet sedanından daha güclü, sürətli, daha “uzaq mənzilli” ola bilər.

Həmçinin kütləvi buraxılan ELR salon avadanlığının geniş çeşidi, markaya xas olan keyfiyyətli salon tərtibatı və daha yaxşı səsdən qorunma ilə səciyyələnəcək. Bütün bunların maşını ağırlaşdıracağına görə mühəndislər daha tutumlu akumulatorlar tətbiq etməli olacaqlar. Bununla yanaşı avtomobilin çox ağır olmaması üçün fövqəlyüngül materiallardan daha geniş istifadə etmək nəzərdə tutulur. Cadillac ELR 2014-cü ildən tez satışa çıxarılmayacaq.

AUTO.AZ



teqlər:
Cadillac, Cadillac ELR 03.07.2012

Şərhlər


AD