Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar hibryd XJ avtomobilini göstərdi

Böyük Britaniyanın Jaguar şirkəti XJ baş modeli əsasında hazırlanmış hibrid avtomobilini qarşıdakı Godwood “sürət müsabiqəsi”ndə nümayişə çıxaracağını bildirib. XJ_e hələlik müntəzəm istehsal olunmur və sınaq məhsuludur. Şirkətdən verilən məlumata görə, “XJ_e təkmilləşmiş paralel hibrid sisteminin tullantı qazında karbon dioksid miqdarının təqribən 70 faiz azalmasının, lakin dinamikaya bunun təsirsiz ötüşməyinin mümkünlüyünü əyani sübut edir”.

Hibridə çevrilən XJ sedanı “yüzlüy”ü 6,5 saniyədən də tez toplayır, maksimum sürəti də 250 km/saatdır. Zərərli tullantıların miqdarı isə 75 q/km/dəkdir. Elektrik mühərriklə birdəfəlik doldurma ilə yol məsafəsi 40 kilometrdir. Bu avtomobil Jaguar Land Rover qrupunun sözügedən sinifdə ən zərərsiz premium avtomobillər hazırlamaq stretagiyası çərçivəsində icra olunan layihənin məhsuludur. Bundan əvvəl qrupun hibrid offroaderi Range_e və Limo Green modeli təqdim olunmuşdu.

“XJ_e avtomobilində 5 litrlik V8 mühərriki əvəzinə müasirləşmiş 2 litrlik hibrid mühərriklə əvəz olunsa və tullantı miqdarı 74 q/km-dən aşağı salınsa da, maşın baza modelinin dinamika və idarəetmə səviyyəsindədir. XJ_e sınaq layihə olduğuna baxmayaraq, bu maşın JLR müştərilərinin gələcəkdə nə qədər möhtəşəm və ekoloji layihələr gözləyə biləcəklərini sübut edir” deyə JLR texniki müdiri Bob Joyce layihəyə şərh verib.

Yeni avtomobil Jaguar XJ-in yüngül alüminium gövdəsi əsasında hazırlanaraq adi elektrik şəbəkəyə qoşula bilən hibrid mühərriklə təchiz olunub (plug-in hybrid electric vehicle, PHEV). Mühərrik Range Rover Evogue üçün nəzərdə tutulan 2 litrlik birbaşa injektorlu turbo benzin motoru və 8 pilləli avtomatik ötürmə qutusundan, habelə 240 V-lıq məişət şəbəkəsindən 4 saata doldurulan 12,8 kWh-lıq litium ion batareyalar dəstinə malik 69 kilovatlıq elektrik motordan ibarətdir.

Paralel sistem o deməkdir ki, avtomobil yalnız benzin motoru, yalnız elektrik motoru, yaxud ikisilə də çalışa bilir. Mühərrikin ümumi gücü 334 at gücü, minimum sərfiyyatı isə 3,2 l/100 km-dir. Buna görə də bir doldurmadakı yol məsafəsi 1092 rilometrdir.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XJ, XJ_e 02.07.2012

Şərhlər


AD