Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Pagani-dən ekstra Zonda

İstehsal etdiyi əcaib avtomobillərilə ad çıxaran Pagani şirkəti indi də Zonda R-nin yarış versiyasını Goodwood-da “Sürət müsabiqəsi”nə çıxarmaq niyyətindədir. Yeni Zonda R Evo-nun “yüz”ü cəmi 2,7 saniyəyə tolaya bilən mühərriklə təchiz olnacağı gözlənir.

2009-cu ildə təqdim olunan Pagani Zonda R AMG-dən 750 at gücünə malik 6 litrlik 12 silindrlik mühərrikə malikdi. İndi isə, Autocar portalının məlumatına əsasən Evo versiyası üçün bu mühərrik bir az da gücləndirilərək 760 at gücünə çatdırılacaq. Amma başlıca yenilik mühərrikin bu inanılmaz gücü yox, avtomobilin modernləşmiş aerodinamikası və oxlar üzrə çəkinin daha təkmil paylaşması olacaq. Başqa təkmilləşmələr barədə istehsalçıdan hələlik xəbər yoxdur. Qarşıdakı sürət müsabiqəsində Evo-nu ən parlaq şəkildə təqdim etmək üçün Pagani keçmiş Formula1 və DTM yarışlarının ulduzu Bernd Şnayderi dəvət edib.

Nəhayət, onu da qeyd edək ki, Pagani Zonda R 2010-cu ildə Nurbugring yarışlarının mütləq rekordunu təyin edərək “şimal dairəsi”ni 6 dəqiqə 47 saniyəyə qət edərək adi modelllər əsasında başqa avtomobillərinin hamısını arxada qoymuşdu.

AUTO.AZ



teqlər:
Pagani, Pagani Zonda, Zonda R Evo 21.06.2012

Şərhlər


AD