Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Aston Martin Vanquish yenə gizli kamera hədəfində

Yeni nəsil Vanquish-in bu il avqust ayında Pebble Beach Concours d’Elegance adlı tədbirdən tez rəsmi təqdimatı keçirilməyəcəyi qətidir. Hələlik Aston Martin mühəndisləri yeni avtomobili məşhur Nurbugring yarış yolunda sınaqdan çıxarmaqla məşğuldurlar.

Son günlər ikinci dəfədir James Bond-un az qala müdafiəsiz olan yeni avtomobilinin gizli çəkilmiş şəkilləri əlimizə keçir. Yeni Vanquish ən uğurlu idman avtomobili olan DBS-in varisi olmalıdır. Hərçənd söz söhbətlərə inansaq, təqribən 75 faizədək tamamilə yeni maşın olacaq.

Belə ki, Vanquish One-77 supercarı və bu il Concorso d’Eleqanza Villa d’Este sərgisində təqdim olunmuş Project AM 310 konsept avtomobilinin dizayn ünsürlərini özündə birləşdirəcək. Həmçinin hazırlanmasında daha çox karbon lifindən istifadə olunacaq ki, bununla da çəkisini xeyli azaltmaq mümkün olacaq.

Onu da qeyd edək ki, gələcək Aston Martin Vanquish 6 litrlik 573 at gücünə malik V12 mühərriklə və yeni 8 pilləli avtomatik önürmə qutusu ilə təchiz olunacaq.

AUTO.AZ



teqlər:
Aston Martin, Aston Martin Vanquish 20.06.2012

Şərhlər


AD