Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi A6-nın zahiri görkəmi yenilənib

Audi A6 avtomobilini aldıqdan sonra maşına çox da “əl gəzdirmədən”, sadəcə müəyyən ləvazimat vasitəsilə ona bir qədər idman tərzi gətirmək istəyən yeni sahibləri üçün Almaniyanın kiçik Valddorfheslax şəhərində yerləşən JMS Tuning şirkəti yüngülvari tuning paketi hazırlayıb. Belə ki, tunerlər yeni təkər diskləri, yeni ön bamperi, asmanı endirən qurğu kimi vasitələr təklif edirlər. Bu hissələri həm birgə, həm də ayrı-ayrı almaq olar.

Ön bamperin spoyleri həm bamperi yeniləyir, həm də ümumilikdə avtomobilə daha enerjik görkəm bəxş edir. Həmin spoyler opsiyalı S-line idman paketindən savayı 2004-cü ildən etibarən buraxılan 4F banlı Audi A6 modifikasiyalarının hamısında asanlıqla tətbiq oluna bilər. Spoylerin Racelook adlı ön hissəsi 239 avroya başa gələrək həm maşına idman görkəmi verir, həm də ön təkərlərə düşən qaldırıcı gücü azaldır.

Bununla yanaşı 1099 avroya heyfi gəlməyənlər üçün asma qurğusunun amortizator və yaylarını KW şirkətinin istehsalı olan KW Variant1 tənzimlənən koiloverlərlə əvəzləyib modernləşdirmək təklif edilir. Həmin koilover vasitəsilə ön clirensi 60 millimetrədək, arxa clirensi isə 50 millimetrədək azaltmaq mümkündür. Belə ki, endirilən asmalı avtomobil həm idman tərzini büruzə verir, həm də yüksək sürətlə gedərkən daha dayanıqlı olur.

Həmçinin 265/30 ölçülü möhkəm şinlərə taxılan 20 düyümlük Oxigin 14-Oxrock disklər dəstinin qiyməti 2799 avrodur. İlkin olaraq qara və metal rənglərdə buraxılan həmin disklər müştərinin arzuladığı hər rəngə boyanır. Buna əlavə olaraq şirkət idman tərzi tullantı qaz borusu, sıfır müqavimətli hava süzgəci, habelə aerodinamik pərdə hissələri və daxili tuning parçaları da təklif edir. Arzuladığınız ləvazimatı elə indicə JMS Tuning şirkətinin bütün distribütorlarından sifariş verə bilərsiniz.

AUTO.AZ



teqlər:
Audi, Audi A6, JMS Tuning 19.06.2012

Şərhlər


AD