Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota RAV4 və Lexus RX elektromobil olacaq

Toyota RAV4Lexus RX modelləri Toyota konserninin amerikan kompaniyası Tesla ilə birgə əməkdaşlığında hazırlanan ilk elektromobil olacaq. Bu haqda Bloomberg-ə, gizli qalmasını istəyən güvənilən mənbə xəbər verib. Onun sözlərinə görə test üçün olan ilk iki prototip iyul ayının sonlarında hazır olacaq. Mənbə onu da qeyd edib ki, Toyota-da ilk elektrokar Corolla sedanı etməyi planlaşdırıblar, sonra isə  SUV-lar Tesla-nın hazırladığı akkumulyator blokunu yerləşdirmək üçün əlverişli olduğuna görə qərarı dəyişdiriblər.

Xatırladaq ki, bu ilin iyul ayının 10-da Toyota və Tesla texnologiya mübadiləsi əsasında elektromobil hazırlama sahəsində əməkdaşlıq haqda müqavilə imzalayıblar. Daha öncə, 2 iyulda isə IPO Tesla müddətində yapon konserni kaliforniya kompaniyasının 50 milyon dollarlıq səhmlər paketini alıb.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Toyota, Lexus, Toyota RAV4, Lexus RX 13.07.2010

Şərhlər


AD