Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Mercedes-Benz C-Class kupenin ilk şəkilləri

Bugün, kupe Mercedes-Benz C-Class-ın ilk şəkilləri nəşr olundu. Xatırladaq ki, premium-sinif avtomobil istehsalçısı yeni kupenin buraxılması haqda olan məlumatı bu ilin aprel ayında təsdiqləmişdi. Avtomobil, sedan və universal C-Class-ın, həmçinin GLK-nın da yığıldığı Bremendəki zavodda yığılacaq. Avtomobilin istehsalı 2011-ci ilə təyin olunub.

Kompaniyanın rəsmi təmsilçilərinin xəbər verdiyi kimi, avtomobil sportkupe CLC-nin yerinə gələcək və gələn il satışa təqdim olunacaq. Yeni kupenin bazara çıxışı ilə yanaşı universal və sedan C-Class-ların da feysliftinq versiyası çıxacaq.

Yeni model, Mercedes-Benz-in model cərgəsində on doqquz illik buraxılmadan sonra istehsaldan çıxarılacaq kupe CLK-nın yerini tutacaq. Mercedes-Benz xəbər verir ki, yeni C-Class dörd il buraxılacaq, çünki artıq kompaniyanın Almaniya araşdırma mərkəzi modelin dördüncü nəsilini hazırlayır.

İlkin məlumata görə, avtomobil sedan C-class-ın təchiz olunduğu mühərriklərlə təchiz olunacaq, həmçinin AMG-dən olan 5.5 litr həcmli mühərriki ilə də.

Mənbə: autonews.ru

Şəkillər: autoblog.com

Tərcümə: AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz C-Class 13.07.2010

Şərhlər


AD