Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota prezidenti yeni Supra buraxmaq istəyir

Yapon avtomobilqayırma korporasiyasının prezidenti Akio Toyoda bildirdi ki, o , çox istəyərdi ki, kompaniya idman avtomobili olan Supranın yeni nəsilini buraxsın. Ancaq, bununla yanaşı onu da qeyd etdi ki, Toyota-da bu fikir hamının xoşuna gəlməyə bilər. A. Toyodanın bildirdiyi kimi, o, çox istəyərdi ki, yeni nəsil Supra yaxınlarda treklərdə peydah olsun, amma, o qeyd də etdi ki, avtokorporasiyanın başçısının sportkarı yeniləməyi çox istəməsi o demək deyil ki, həqiqətən də kompaniya bunu edəcək.

Ekspertlər hesab edir ki, yeni nəsil Supra işıq üzü görəcək, amma, bu iki-üç ildən sonra baş verəcək. Eyni zamanda, kompaniyanın başqa yapon kompaniyası – Subaru ilə birgə hazırladığı daha bir idman avtomobili Toyota FT-86-nın çıxması gözlənilir. Supra-nın növbəti nəsili 2007-ci ildə, Detroytdakı beynəlxalq motor-şouda FT-HS adı ilə cəmiyyətə konsept-kar şəkilində təqdim olunub. İlkin məlumata görə, avtomobil hibrid ötürücülü V6 ilə təchiz olunacaq.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Toyota, Toyota Supra 12.07.2010

Şərhlər


AD