Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford yeni Explorer-in tizerlər seriyasını göstərdi

Ford konserni, zəhlətökən yeni nəsil Explorer-in şəkillər seriyasını göstərdi. Şəkillərdə SUV vəhşi təbiətin əhatəsində çəkilib ki, buda turist-ekstremalların ən yaxşı dostu olduğunu qeyd edir, amma, avtomobil haqda faktiki məlumat yoxdur. Daxili məlumatlardan əldə olunanlara onu da əlavə etmək lazımdır ki, 2011 model Explorer xeyli qənaətcil olacaq: EcoBoost mühərrikli ön ötürücülü versiyası, şəhər dövrlərində 14.8 l/100 km-dən çox yanacaq sərf etməyəcək.

Əvvəl krizislə əlaqədar olaraq, Ford 2011 model Explorer-in istehsalat tarixini uzadaraq, 2012 model kimi satmaq istəyirdi, ancaq, bağlı təqdimatda konsernin təmsilçiləri bildirdilər ki, artıq bu il avtomobili seriyalı istehsala buraxacaqlar. Rəsmi premyera yayın sonunda baş tutacaq.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Ford, Ford Explorer 09.07.2010

Şərhlər


AD