Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Smart kupe və kabriolet For Two-u yenilədi

Smart kompaniyası kupe və kabriolet For Two-u yenilədi: maşınlar hiss edilməyəcək xarici dəyişikliklərə məruz qalıblar, həmçinin, qənaətcil benzin mühərriki də əldə ediblər. Qeyd edək ki, 2013-cü ildə Smart For Two-nun yerinə gələcək yeni avtomobil, fransız avtomobil istehsalçısı Renault ilə birgə əməkdaşlıqda hazırlanacaq.

Modelin yenilənmiş versiyasının debütü bu ilin oktyabrında Parisdəki avtosalonda olacaq. Premyeradan sonra Avropada mini-karın satışına başlayacaqlar. Yenilənmiş Smart For Two üçün variant kimi Brabusdan olan diod işıqlı gündüz işıqları və 15 düyümlük yüngüllehimli disklər təklif olunacaq. Bundan başqa, indi mini-karı açıq yaşıl rəngdə sifariş vermək olar.

For Two-nun  salonunda, 16.5 düyüm diaqonalı olan rəngli monitor qoşmaq mümkün olan yenilənmiş alətlər paneli peydah olub. Əlavə ödəniş edərək AUX və USB çıxışı, Apple iPod-a qoşulma, səkkiz dinamikli audio-sistem, yeni sükan çarxı, görünüşünü dəyişmiş dirsəklik və salonu işıqlandıran diod işıqlı işıqlandırma sifariş vermək olar.

Yeni modelə qoyulan 1 litr həcmli, üçsilindirli, birbaşa inyeksiya sistemli, Mitsubishi istehsalı olan mühərrikin üzərində işlənilib və nəticədə CO2 tullantısı 97 q/km-ə qədər azaldılıb. Modelin top modifikasiyası üçün Brabusdan olan vahid öz növbəsində gücləndirilərək 101 at gücünə çatdırılıb.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Smart, Smart ForTwo 08.07.2010

Şərhlər


AD