Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda Acura MDX-i yenilədi

Honda kompaniyası yenilənmiş SUV, Acura MDX-i ABŞ-da təqdim etdi. 2010 model lüks SUV tamamilə yeni altıpilləli avtomatik sürət qutusu və qabaqcıl, V6 tipli, 3.7 litr həcmli, yanacaq sərfiyyatı azalmış və daha ekoloji təhlükəsiz çıxış sistemi əldə edib. Avtomobil xarici görünüşündə sələfindən bir qədər aqressiv ön görünüşü, radiator torunun üstündə olan xrom plastik və trapesiya görünüşlü əlavə hava kanalı, həmçinin ətrafındakı bəzi əlavə işlərlə seçilir.

Acura sahibləri üçün öncə, adaptiv iqlim-kontrolu, məcburi əyləc, aktiv asma və başqa təhlükəsizlik cərgəsi daxil olan Advance seçimlərini təklif olunur. Acura-nın dilerləri artıq yenilənmiş MDX-in sifarişlərini qəbul etməyə başlayıblar. Onun istehsalına isə yaxın zamanlarda Honda-nın Kanadadakı zavodunda başlayacaqlar.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Acura, Acura MDX, Honda 06.07.2010

Şərhlər


AD