Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac amerika bazarında satış rekordu bərpə edir

İyun ayında, ABŞ-da 11 788 Cadillac satılıb ki, bu da keçən ilin analoji dövrü ilə müqaisədə 39 % çoxdur. Bu iyun, ardıcıl satış artımının 5-ci ayı oldu: Cadillac-ın yarım illik satışı 2009-cu ilin birinci yarısı ilə müqayisədə 33 % artıb.

İyun ayında Cadillac, ABŞ-ın açar bazarlarında yaxşı nəticə göstərərək pərakəndə satışını 50 % artırıb və bir qədər Nyu-Yorkda, Los-Ancelesdə, Mayamidə, Atlantda, Tampda, Orlandoda, Deneverdə və San-Dieqoda da artırıb.

Premium-sinifi krossover SRX-ə olan tələbat stabil olaraq yüksəkdir: bu modelin satış məlumatı 462 % artıb və 3804 avtomobil təşkil edib. 2010-cu il model Cadillac SRX öz seqmentində ən populyar model seçildi.

Cadillac CTS-in satışı 31 % artaraq 4193 avtomobil təşkil edib. 2010-cu ilin ən yaxşı aylıq və 2009-cu ilin avqustundan ən yaxşı pərakəndə satış göstəricisinə sahib olub. Bu yay CTS cizgisi CTS Sport Sedan və Sport Wagon da daxil olmaqla tamamilə yeni, 2011-ci il modeli CTS Coupe ilə tamamlanacaq.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Cadillac, Cadillac SRX, Cadillac CTS 05.07.2010

Şərhlər


AD