Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti Avropa üçün kompakt kupe hazırlayır

Yapon premium-brendi Infiniti avropa bazarı üçün ön ötürücülü, kompakt kupe hazırlayır. Verilən xəbərə görə, yeni avtomobil, keçən il Cenevrə beynəlxalq avtosalonunda təqdim olunmuş Essence konsept-karının stil cizgilərini davam etdirir. Yeni model, Mercedes Benz CLC-in yaxın rəqibi olacaq.

Kompaniyanın təsdiqləməsinə əsasən, baxmayaraq ki, bu, kupe olacaq, üçqapılı hetçbek kimi praktik olacaq. Kompaniyada bildiriblər ki, ön ötürücü ilə təchiz olunmasına baxmayaraq, bu avtomobil əsl idman avtomobili olacaq. Həmçinin, xəbər verilir ki, yeni kupe, konsept Essence-də olduğu kimi orijinal arxa dirəklər əldə edəcək. Model Avropa ölkələrində əsas obraz kimi satılacaq.

Bundan başqa, kompaniya yaxın zamanlarda Nissan Leaf bazasında hazırlanmış premium-sinifinə aid elektromobil də göstərəcək. Infiniti-nin elektromobili Leaf-dən daha güclü mühərriki ilə seçiləcək.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Infiniti, Mercedes-Benz CLC, Nissan Leaf 05.07.2010

Şərhlər


AD