Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Pagani Zonda R Nyürburqrinqin yeni kralı oldu

Bu ilin aprelində əfsanəvi “Cəhənnəm küncü”nün rekordunu seriyalı avtomobillər arasında 6 dəqiqə 58 saniyə göstərərək Ferrari 599XX olmuşdu. Ancaq iki ay keçdi və atın rekordunu Maranellodan olan başqa superkar – Pagani Zonda R bağladı. İş orasındadır ki, çox nəzərə çarpacaq bir göstərici ilə - 6 dəqiqə 47 saniyə.

Yeri gəlmişkən, bu, bugünə qədər Nyürburqrinqin rekordu olan, 2008-ci ildə ingilis yarış avtomobili Radical SR8 LM-in göstəricisindən 1 saniyə tezdir. Düzdür, Ferrari 599XX və Pagani Zonda R faktiki olaraq yarış maşınlarıdır və ümumi yollarda istifadəsinə cavab verən sertifikatı yoxdur. Bu halda, əgər ümumi istifadə yollarına girişinə icazəsi olan seriyalı sportkar götürsək, o zaman Nyürburqrinqin rekordçusu, bir il əvvəl 7 dəqiqə 11.57 saniyə göstərmiş alman superkarı Gumpert Apollo Speed-dir.

Pagani Zonda R 1070 kq-dır. Altı litr həcmli, on iki silindirli, 750 a.g. olan Mercedes mühərriki ilə təchiz olunur. Birinci yüzlüyə maşın 2.7 saniyəyə çatır, maksimal sürəti irə 351 km/saatdır. Avtomobilin tirajı -15 ədəd, qiyməti – 1.5 milyon avro.

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Pagani, Pagani Zonda R, Mercedes-Benz 02.07.2010

Şərhlər


AD