Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford Explorer irəliləmiş stablizasiya sistemi əldə edəcək

Yeni nəsil SUV Ford Explorer Curve Control texnologiyasını təqdim edir.

Yeni sistem, məsələn, döngədə xoşagəlməz situasiyaya düşən sürücüyə kömək məqsədi ilə düzəldilib. Əgər sürücü böyük sürətlə döngəyə girirsə, sistem hesablayır ki, situasiya idarədən çıxır, avtomatik olaraq işə düşür, fırlanma tezliyini azaltmaq yolu ilə və əyləc sisteminin gücünü artıraraq, saniyədə avtomobilin sürətini 15 km/ saat azaldaraq, maşınla döngəyə daxil olmağa sürücüyə yardım edir.

Curve Control “sıfırdan” hazırlanmış sistemlər siyahısına daxil deyil. “Fordçular” onun hazırlanması zamanı özlərinin AcvanceTrac-larının əsasını götürüblər. Yeni texnologiya bir çox sensorların hesabına avtomobilin idarəsini, misal üçün, sükanın dönmə bucağı və təkərin fırlanma sürəti kimi sürüş parametrlərini ələ alır. Qəbul olunan məlumatları sistem saniyərə 100 dəfə prosesdən keçirir.

Curve Control seriyalı olaraq Ford Explorer 2011-ə quraşdırılacaq. 2015-ci ildə isə 90 faiz Ford krossoverləri, minivenləri və pikapları bu sistemlə təchiz olunacaq.

Mənbə: autoweek.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Ford, Ford Explorer 02.07.2010

Şərhlər


AD