Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Abarth iki ildən sonra özəl sportkarını istehsal edəcək

İtalyan avtokonserni Fiat-ın avtomobillərinin gücləndirilməsi ilə məşğul olan Abart idman şöbəsi özəl sportkar istehsal etməyi planlaşdırır. Keçən il atelye özünün əsas satış bazarlarında 200-ə qədər tüninq olunmuş avtomobil satmağa nail olmuşdur. Belə nəticədən yararlanaraq Abarth-ın daxil olduğu Fiat-ın rəhbərliyi idman şöbəsinin özünün özəl kompakt sportkarının istehsal etməsinin vacib olduğu qərarını verib.

Əvvəlcə Lotus platformasının onun əsasında olacağı elan verilməsinə baxmayaraq, avtomobilin Fiat istehsalçısının platformasında bazalaşdırılacağı xəbər verilir. Avtomobil satışda maksimum iki ildən sonra peydah olacaq.

Xatırladaq ki, yaxınlarda Abarth bu ilin martında Cenevrədə debütü olmuş Fiat Abarth 500C-ni Avropa satışına buraxıb. Tüninq kompaniyasının mətbuat şöbəsinin verdiyi xəbərə görə, yenilənmiş kabriolet əvvəlcə İtaliya bazarında, sonra o biri bazarlarda satışa çıxarılacaq. İkiyerli açıq mini-kar 1.4 litr həcmli, turbo-kompressorlu, 140 a.g. və 206 Nm fırlanma tezliyi verən mühərrik, həmçinin idman “ləçəkləri” sükanın arxasında yerləşdirilmiş altıpilləli mexaniki sürət qutusu da əldə edib. İlkin məlumatlara görə Abarth 500C 0-100 km/ saat sürətini 8.1 saniyəyə yığır və maksimal sürəti 205 km/ saatdır. İlk dəfə Abarth keyfiyyət variantında dam örtüyü parça seriyasından olan, ənənəvi qara, banın iki rəngli boyanması, Bicolor, həmçinin orijinal 17 düyümlük tökmə disklər təklif edir. İtaliyada Fiat Abarth 500C-nin baza versiyasının qiyməti 21 000 avrodan başlayır.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Abarth, Fiat, Lotus, FIAT Abarth 500C 23.06.2010

Şərhlər


AD