Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi RS3 – o olmaya bilməz

Audi RS3 heç nəyə baxmayaraq olacaq. O olmaya bilməz – almanlar artıq Nyürburqrinqdəki testləri başa çatdırır. Göründüyü kimi RS3 öz sinifində ən sürətli maşın ola bilər. RS3 ancaq asmalarda və idarəetmədə qeyd olunan düzəlişlərlə seçilməyəcək, 335 at gücü verən 2.5 litr həcmli turbo mühərrik ilə də seçiləcək. Müqayisə üçün “üç”-ün bazasında S3 adı altında ən güclü versiya öz arsenalında 2.0 litr həcmli, 265 a.g. verən mühərrikə sahibdir.

Yeni RS3 tam ötürücülü olacaq (arxa oxun istifadəsində fırlanma momentinin paylanması 40:60 olacaq), sürət qutusu isə iki mufta ilə işləyən transmissiya olacaq.

Audi RS3-ün rəqibləri yaxşı məlumdur. Bu ilk növbədə yaxın zamanalarda kütləyə təqdim olunacaq BMW M1-dir. Bu model 3.0 litr həcmli, turbo-kompressorlu mühərrik əldə edəcək (qayda olaraq 330 a.g.). Başqa rəqib 305 a.g.-lü mühərriki olan Ford Focus RS-dir.

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Audi, Audi RS3 23.06.2010

Şərhlər


AD