Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hansı avtomobillərdə aldıqdan 3 ay sonra nasazlıq yaranır?

Amerikan agentliyi J.D Power-in araşdırmalarına görə problemsiz avtomobil ümumiyyətlə yoxdur: orta hesabla buraxılmış hər avtomobildə 3 aylıq istifadədən sonra xırda belə olsa hansısa nasazlıq yaranır. Bir az dəqiq olsaq, 100 avtomobildən 109-da problem qeyd edilib. Bu avtomobil sənayesinin orta göstəricisidir. Elə markalar var ki, onların işi “ortastatistikalı” avtomobil istehsalçılarından daha pis vəziyyətdədir. İş orasındadır ki, analitiklər “Yapon keyfiyyəti” və “Alman keyfiyyəti” anlayışlarını təkzib edirlər: Mitsubishi-nin 100 avtomobilində 146 problem qeydə alınıb, VW-də 135. Məlum “İngilis keyfiyyəti” də hüznlü olaraq qeyd olunur: Jaguar-ın 100 avtomobilində 130 problem, reytinq Land Rover kompaniyası ilə başa çatır (100 avtomobildə 170 həll olunmaz problem). Qeyd etmək lazımdır ki, son illərdə ingilis markası keyfiyyətin üstündə işləyib və keçən ilki reytinqdə göstəricisi 150 idi, sonra isə Mini (165).

Bununla yanaşı elə markalar da var ki, alıcıları avtomobilin istifadəsindən kifayət qədər razıdırlar, 3 ay ərzində heç bir narazılıq olmayıb. ABŞ-da təmsil olunan avtomobil istehsalçılarından 100 avtomobildə 100-dən az problemi olan 6 marka var:

Porsche (97)
Acura (86)
Mercedes Benz (87)
Lexus (88)
Ford (93)
Honda (95)

Sinifdəki liderlər (Hər zaman uyğunlaşmayan amerika üzrə buraxılış) sonrakı modellərdir:

Kompakt sinifi
Hyundai Accent
Toyota Yaris
Honda Fit (Russiya və Avropada Jazz adı altında satılır)

Aşağı sinif
Ford Focus
Honda Civic
Hyundai Elantra

Orta sinif
Honda Accord
Ford Fusion (Amerika bazarında Fusion adı altında D-klass olan sedan buraxılır)
Chevrolet Malibu

Orta sinif (premium)
Mercedes C-klass
Acura TL
Cadillac CTS

Biznes sinifi
Lexus GS
Mercedes E-klass
Volvo S80

Təmsilçi sinifi
Lexus LS
Mercedes S-klass
Porsche Panamera

Balaca krossoverlər
Toyota FJ Cruiser
Honda CR-V
Honda Element

Balaca krossoverlər (premium)
Acura RDX
BMW X3
Volvo XC60

Orta ölçülü SUV və krossoverlər
Lexus GX
Infinity FX
Volvo XC70

Həcmli SUV və krossoverlər
Cadillac Escalade
Mercedes GL
Infinity QX и Range Rover

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



Şərhlər


AD