Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia Sportage və Magentis-in yenilənmiş versiyasını buraxacaq

KIA-nın dünyəvi satış həcmi 2010-cu ilin mayında 175 098 maşın olmuşdur ki, bu da, 2009-cu ilin analoji vaxtından 23.4 % çoxdur. Cənubi Koreya avtomobil istehsalçısının mətbuat xidmətinin məlumatına görə satışda artım bütün reqionlarda qeyd olunub. Bu daha çox 26 101  Kia avtomobili satılan Çində hiss olunub.

Bu keçən ilki göstəricini 28.9 % üstələyir. İkinci yerdə - Şimali Amerikadır (37 162 avtomobil, artım – 19.5 %).  Avropada satış 18.7 % artıb, ümumi satılan avtomobillərin sayı 34 503. Koreyada 40 014 KİA avtomobili satılıb. Bu göstərici keçən ilkindən 5 % çoxdur. Qalan bazarlarda, Mərkəzi və Cənubi Amerika, Karrib dənizinin sahilindəki ölkələr, Asiya (Çini çıxmaq şərtilə), Avstraliya və Sakit okeandakı ada ölkələr, Yaxın Şərq və Afrikada 37 318 avtomobil satılıb. Satış artımı 59.3 % təşkil edir.

2010-cu ilin birinci beş ayında KIA-nın dünyəvi satış həcmi 38.9 % artıb, 820 613 avtomobilə çatmışdır. Ən yüksək göstəricini Çin göstərib – keçən ilin analoji dövrünə nisbətən 92.9 % artaraq, 144 314 KIA avtomobili satılmışdır. Başqa reqionlar da artım göstərib. Beş ay ərzində Avropada 159 073 (artım 30.5 % təşkil edir), Koreyada – 183 758 (artım 25.4 %), Şimali Amerikada 158 805 (artım 15.5 %) avtomobil satılıb.

May ayında KIA-nın ən məşhur modeli Cerato oldu. Bütün dünyada 32 498 bu model avtomobil satılıb. Sonra Rio gəlir – 18 894 maşın, Sportage – 15 914. Satış üzrə dördüncü yerdə yeni Sorento durur – 14 265 avtomobil. Liderlər beşliyini şəhər krossoveri Soul bağlayır – 11 908 avtomobil.

“2010-cu ilin birinci beş ayındakı KIA-nın satışı bizim ehtimallarımızı üstələdi” – deyə KIA Motors Corporation-un prezidenti Hyon Keun Li qeyd edir. – Biz ümid edirik ki, ilin ikinci yarısında KIA-nın ən məşhur modelləri – Sportage və Magentis (Optimo) modellərinin yenilənmiş versiyalarını buraxanda müsbət tendensiya davam edəcək.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
KIA, KIA Sportage, KIA Magentis 11.06.2010

Şərhlər


AD