Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chrysler sürət qutusunu dəyişir

Səkkiz pilləli ZF sürət qutusu BMW-də özünü doğrultdu.

Chrysler Group ZF-group-dan – məşhur alman transmissiya istehsalçısından əldə etdiyi lisenziya əsasında yeni səkkiz pilləli avtomatik sürət qutusunun hazırlanmasına 300 mln dollar investisiya qoyub.

İnvestisiya amerikan Kokomo zavodunda xüsusi avadanlıqların quraşdırılması və düzəldilməsinə sərf olunacaq. Chrysler-də yeni transmissiyanın hansı avtomobilə quraşdırılacağı deyilməyib, amma, məlumdur ki, bu avtomobil Chrysler 300, Dodge Charger, Jeep Grand Cherokee və Ram pikapları ola bilər.

Səkkiz pilləli ZF sürət qutusu artıq BMW Gran Turismo 5-ci seriya və 760Lİ-də istifadə olunub. Konstruksiyanın hesabına onu hibrid və tam ötürücülü avtomobillərdə də istifadə etmək olar. Yeni sürət qutusunun istifadəsi avtomobilin dinamika və qənaətcilliyində özünü müsbət göstərməlidir.

Mənbə: auto.utro.ru

Tərcümə: AUTO.AZ



Şərhlər


AD