Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan Juke-un satışına başladı

Nissan özünün yeni krossoveri Juke-un satışına başladı. Əsas konfiqurasiyalı versiyası ilə 1.69 mln YEN-dən (təxminən $18 500) başlayan qiymətlərlə bu avtomobil hələlik Yaponiya ərazisində mövcuddur. Avropada Juke-un satışına bu ilin payızından başlanılacaq.

Xatırladaq ki, Juke Nissan-ın siyahısında ən balaca krossoverdir. İndi kompakt krossoverlərdə qəbul olunduğu kimi avtomobilin əsas konfiqurasiyasında ötürücü ön ox olacaq. Əlavə ödəniş edilsə, tam ötürücülü sistemlə yanaşı, bir qədər iri olan Qashqai-dən borc alınmış çoxəlaqəli arxa asma da əlavə olunacaq (H-obrazlı iti burulma bazasında). Burada tam ötürücülü ağıllıdır – elektronika fırlanma tezliyini sadəcə oxlara paylamır, həm də, yol şəraitindən asılı olaraq təkərlərin hər birinə ayıra bilir. Bu palçıq və ya qarda olduğu kimi quru asfaltda da işləyəcək – döngədə xarici çarx daxildəkinə nisbətən bir az aktiv fırlanacaq.

Yəqin Avropada 1.5 litr həcmli dizel mühərriki olan avtomobillərə tələbat olacaq: 110 a.g.-də, mexaniki sürət qutusu ilə birlikdə, 240 Nm fırlanma tezliyi olan. Krossover 1.6 litr həcmli benzin mühərriki ilə də təchiz olunacaq. Bu mühərrik iki hipostaza malik olacaq. Birincisi atmosferlidir. Belə vahidin gücü 117 a.g. olacaq, üstəlik “atları” ancaq altı pilləli mexaniki sürət qutusu ilə yox, pilləsiz variator ilə də buraxmaq olacaq (Bizim adət etdiyimiz “avtomat” sürət qutusu Juke-da olmayacaq.). 1.6 litr həcmli, turbo versiyalı mühərrik isə 190 a.g. və 240 Nm fırlanma tezliyi verəcək! Balaca krossover üçün bu böyük “at sürüsü” olacaq.

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Nissan, Nissan Juke 10.06.2010

Şərhlər


AD