Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai i10 və i 20 etiraz tətili səbəbindən istehsal olunmur

Dördüncü gündür ki, Hindistanın Kennai şəhərində yerləşən Hyundai Motors zavodunda etiraz tətili davam edir. Hindistanın işgüzar qəzeti The Economics Times xəbər verir ki, ötən günlərdə həmkarlar ittifaqı və zavodun rəhbərliyi ilə aparılan danışıqlar nəticə verməyib. Bugün daha bir görüş olmalıdı. Bir müddət əvvəl Çindəki Honda-nın zavodunda baş vermiş etiraz tətili maliyyə səbəbindən yox, etik səbəbdən olmuşdu. Etiraz edənlər daha öncə işdən çıxarılmış 67 işçinin geri qaytarılmasını tələb edirlər. Ancaq, Hyundai-ın menecerləri öz dediklərinin üstündə ciddi olaraq dururlar: sözü gedən işçi qrupunun işdən çıxarılma səbəbi bahalı avadanlığı xarab etmək və kollektivə qarşı kobud olmaq olmuşdur.

Kennaidəki Hyundai zavodu gündə 2200 avtomobil istehsal edir və kompakt i10 və i20 modelinin yeganə qlobal istehsalçısıdır. Hyundai-də izah ediblər ki, etiraz tətili Avropaya təsir etməyəcək, belə ki, Avropa bazarı üçün Hyundai maşınlarını Türkiyədə yığır.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Hyundai Motor, Hyundai i10, Hyundai i20 09.06.2010

Şərhlər


AD