Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yenilənmiş Ford Mondeo – fərq nədədi

Yenilənmiş Ford Mondeo-nun premyerası bu ilin oktyabrında Paris avtosalonunda təşkil olunacaq. Ancaq, artıq mətbuatda Mondeonun necə dəyişəcəyi haqda bizdə təsəvvür yaradacaq yenilənmiş avtomobilin casus şəkilləri çıxıb.

Ön hissədə yeni radiator qoruyucusu, dumanaqarşı işıqların forması dəyişiləcək və yan güzgülər başqa cür olacaq. Diod işıqların olacağı arxa hissədə bir az yenilik olacaq.

Mühərriki bölməsinə isə EcoBoost ailəsinin yeni nəslindən olan benzin mühərriki qoymağa başlayacaqlar. Söhbət 203 a.g verən, 2.0 litr həcmli vahiddən gedir. Həmçinin 180 a.g. olan 1.6 litr həcmli mühərrik də qoyulacaq. Mühəndislər qənaətcil dizel mühərrikinin də üstündə işləyirlər.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Ford, Ford Mondeo 08.06.2010

Şərhlər


AD