Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW haqda sensasiyalı xəbər dərc edildi

Bavariya kompaniyası ön ötürücülüyə keçməyə hazırlaşır. Belə gözlənilməz məlumatı amerikanın Car and Drive nəşriyyatı dərc edib. İndi bir çox kompaniyalar ancaq iri sedanları arxa ötürücülü edirlər, amma, BMW firmasında “arxa ötürücülük ənənəsi” o qədər güclüdür ki, hətta, golf-sinifinin modelini – 1-ci seriya hetçbeki – belə arxa ötürücülü oxla hazırlayıb. Ancaq bütün rəqiblər layihələşdirmə, gücləndirmə və istehsal qiyməti nöqteyi nəzərindən ön ötürücülüyün əlverişli olduğu qərarına gəliblər və BMW də bununla razılaşmaq məcburiyyətindədir. Kompaniyanın növbəti nəsil 1-ci seriya-nın ön ötürücülü platformada hazırlayacağı deyilir.

Belə dəyişikliklər BMW markasının bəzi pərəstişkarlarını dilxor edə bilər, amma, əksər alıcılar üçün gələcək dəyişikliklər elə də əhəmiyyət kəsb etmir. Hətta, çoxları səmimi olaraq inanırlar ki, indiki 1-ci seriya ön ötürücülüdür! Bu payız aparılan sorğu göstərdi ki, BMW 1-ci seriyanın 80 % sahibləri belə düşünürlər.

Ön ötürücülü 1-ci seriya 2015-ci ildə işıq üzü görəcək. Ondan əvvəl bu il təqdim olunmuş Audi A1 ilə rəqiblik edə biləcək daha kompakt yeni model peydah olacaq. İnqolştadtın modelinə uyğun olaraq BMW-nin bu modeli də ön ötürücülü olacaq. Megacity adını daşıyan gələcək kiçik həcmli modelin bəzi detallarını artıq nəşr etmişik.

BMW-də indi gizli olaraq hazırlanan üçüncü yeni model isə 2-ci seriya olacaq. Bax o, arxa ötürücülüyün balaca modeli olacaq. Bu yeni modelin necə görünəcəyinin kompyuter eskizləri Worldcarfans.com saytı tərəfindən nəşr edilib. Əgər göstərilənlər həqiqətə uyğundursa, onda avtomobil iri hetçbek BMW 5 GT modelinin bəzi cizgilərini əldə edəcək, yəni avtomobilin dəstələşməsi bir az bir az krossoveri və ya kompaktveni xatırladacaq.

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



teqlər:
BMW, BMW 1-series 29.10.2010

Şərhlər


AD