Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi Q7-nin ən əlverişli versiyasını təqdim etdi

Audi kompaniyası 3.0 litr həcmli qənaətcil TDI dizel mühərriki ilə olan tam ölçülü Audi Q7 krossoverinin satışına başlanıldığını elan etdi. Həmin mühərrik movcud olan analoji vahidin bazasında hazırlanıb.

İnqolştadt mühəndisləri mühərriki 201 a.g. və 450 Nm-ə qədər deforsirə ediblər ki, bu da əvvəlki mühərrikdən 36 a.g. və 100 Nm daha azdır.

Ancaq, səkkizpilləli avtomatik transmissiya və “start/stop” sisteminin istifadəsi nəticəsində avtomobilin 100 km-lik məsafəyə istifadə etdiyi yanacaq sərfiyyatını 7.2 litrə qədər azaltmaq mümkün olub. Atmosferə ixrac olunan CO2 qazının miqdarı isə 189 q/km -ə qədər azalıb ki, bu da öz sinifində ən yaxşı göstəricidir.

Yeni 3.0 litr həcmli dizel mühərriki ilə Q7 0-100 km/saat sürətini 9.1 saniyəyə əldə edir, maksimal sürəti isə 205 km/saat təşkil edir. Belə avtomobilin baza versiyasının Almaniyadakı qiyməti 51800 avrodur. Bugünkü gündə bu, Audi Q7-nin ən əlverişli modifikasiyasıdır.

Mənbə: allcarz.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Audi, Audi Q7 27.10.2010

Şərhlər


AD