Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Amerikanlı Chrysler 300C-ə Viper-in V10 mehərriki quraşdırdı

Amerikalı Derek Ekins, Chrysler 300C sedanının mühərrik bölməsinə Dodge Viper-in 8.3 litr həcmli böyük on silindirli mühərrikini yerləşdirərək unikal iş görüb.
2006-cı ilin buraxılışı olan özünün Chrysler avtomobilinin 3.5 litr həcmli altı silindirli mühərrikini dəyişmək fikiri Derekin ağlına tamamilə təsadüf nəticəsində gəlib. Necəsə o, qəza nəticəsində mühərriki zərər görməmiş qəzalı Viper görür və mühəndisin ağlına mühərriki dəyişmək fikiri gəlir.

Cari “plastiki cərrahiyə” təxminən bir ilə ərsəyə gəlib və elektronaqillər və idarəetmə proqramından başqa demək olar ki, hər şeyi Derek yenidən etməli olub. O, özünün Chrysler 300C avtomobilinə altıpilləli T56 Tremec mexaniki sürət qutusu, C & R firmasınn yarış üslublu radiatoru, yeni böyük həcmli yanacaq tankı və tənzimlənən asma quraşdırıb.

Derek Ekinsin sözlərinə o öz avtomobilini yarış üçün hazırlamayıb. Dodge Viper avtomobili onun çox xoşuna gəlir, amma, bütün ailə üzvləri ona yerləşə bilmir. İndi isə bu problem həll edilib.

Video: Amerikanlı Chrysler 300C-ə Viper-in V10 mehərriki quraşdırdı

Mənbə: allcarz.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Chrysler, Dodge, Chrysler 300C, Dodge Viper 27.10.2010

Şərhlər


AD