Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

JEEP Wrangler Call of Duty: Black Ops Edition-ı hazırladı

Amerikan kompaniyası Jeep, maraqlı marketinq gedişi həyata keçirdi. Activison kompaniyası ilə birgə əməkdaşlıqda bütün dünyada məşhur olan Call of Duty atıcılıq oyununun şərəfinə Call of Duty: Black Ops Edition adını almış Wrangler SUV-nun xüsusi versiyasını hazırladılar.

PlayStation3, XBox 360, həmçinin Nintendo Wii kompyuter və konsolları üçün olan oyun bu ilin noyabr ayının 9-da çıxacaq. Jeep Wrangler-də getmək, tək oyunçu olanda mümkün olduğu kimi multioyunçular rejimində də mümkün olacaq. Noyabr ayında Call of Duty: Black Ops Edition Amerikadakı dilerlərdə, üçqapılı versiyası 30625 dollardan, beşqapılı versiyası isə 33500 dollardan başlayan qiymətlərlə təqdim olunacaq.

Hər iki versiya Rubicon modelinin bazasında hazırlanıb və banın standart qara rəngi, 32 düyümlük SUV şinlərinə geydirilmiş qara diskləri, arxa fənərlərin qoruyucusu, yanacaq tankının Mopar aksesuar cərgəsindən olan qapağı, həmçinin avtomobilin ön palçıq qoruyucuları və damında olan Call of Duty: Black Ops Edition yazısı ilə fərqlənir.

SUV-un güc vahidi əvvəl olduğu kimi qalıb. Bu, altıpilləli mexaniki sürət qutusu və ya dördpilləli avtomatik transmissiya ilə birgə işləyən 3.8 litr həcmli, 202 a.g olan V6 benzin mühərrikidir.

Mənbə: allcarz.ru

Tərcümə: AUTO.AZ



Şərhlər


AD