Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota kütləvi çağırış haqda elan verdi

Toyota korporasiyası dünən növbəti dəfə bütün dünya üzrə 1.5 milyon avtomobilin çağırışı haqda məlumat verdi.

Belə qərar, kompaniyanın mütəxəssislərinin daxili istintaqı zamanı 11 modeldə benzin nasosundakı və əyləc silindirindəki defekti müəyyən etməsindən sonra qəbul edildi.

Çağırış, 2002-ci ilin may ayından 2006-cı ilin mart ayına qədər istehsal olunmuş avtomobillərə aiddir. Onların arasında Toyota Avalon, Crown, Highlander, həmçinin, Lexus GS 300,  IS 250 və IS 350 yer alır.

Auto.Lenta.ru yazır ki, çağırış kompaniyasına təxminən 600 000 avtomobil Yaponiyada, 775 000 avtomobil isə ABŞ-da düşür. Lexus avtomobillərinin əyləc silindirlərindəki defekt haqqda briyaniya bölməsi də məlumat verib. Bütün bunlardan başqa, 2003-cü ilin fevral ayından 2005-ci ilin noyabr ayına qədər istehsal olunmuş 15400 IS, GS və RX avtomobillərində də defekt qeydə alına bilər.

Yapon korporasiyası yaxın zamanlarda çağırılmış avtomobilləri müəyyən etmək və onlardakı nasazlığını aradan qaldırmaq üçün pulsuz servis kompniyası keçirəcək.

Mənbə: auto.utro.ru

Tərcümə: AUTO.AZ



Şərhlər


AD