Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Saab rəsmi olaraq 9-4X krossoverini təqdim etdi

Saab kompaniyası, Cadillac SRX platformasında hazırlanmış özünün yeni Saab 9-4X krossoverini təqdim etdi. Yeni modelin dünya premyerası 19 noyabrda qonaqlar üçün qapılarını açacaq Los-Anceles beynəlxalq avtosalonunda keçiriləcək.

9-4X-in mühərrik bölməsində iki altı silindirli benzin mühərrikləri təklif olunacaq: 3.0 litr həcmli, 265 a.g. verən yanacağı birbaşa inyeksiyalı atmosferli mühərrik və 2.8 litr həcmli, 300 a.g. verən turbo mühərriki.

Hər iki versiya üçün altıpilləli avtomatik adaptiv sürət qutusu mövcuddur. İstehsalçının verdiyi məlumata görə 265 a.g.-lü krossover 0-100 km/saat sürətini 9 saniyəyə əldə edir, turbo mühərrikli avtomobil isə bu missiyanı 8.3 saniyəyə yerinə yetirir.

Bundan başqa Saab 9-4X elektron-idarə olunan sürtünmə qüvvəsi artırılmış arxa differensial və Saab DriveSense  adını almış adaptiv asması ilə lovğalana bilər. Sürücü, idarəetmə düyməsinin köməkliyi ilə asmanın işləmə variantını mövcud olan İtelligent, Comfort, Sport və Eco rejimlərindən birinə ayarlaya bilər.

Yeni modelin ABŞ-dakı satışı 2011-ci ilin may ayına planlaşdırılır. 9-4X Avropaya çətin ki, avqusta ayından tez çatsın. Qiymətlər hələ ki, bildirilmir.

Mənbə: allcarz.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Saab, Saab 9-4x 20.10.2010

Şərhlər


AD