Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari atraksionların qiymətləri haqda danışdı

Yaxın zamanlarda BƏƏ-nin paytaxtı Abu-Dabidə açılacaq yeni əyləncə parkı Ferrari World-ə 100 ABŞ dollarından ucuz qiymətə ziyarət etmək mümkün olacaq.
Yeni əyləncə parkının rəsmi təmsilçiləri, parkın rəsmi açılma tarixini və bazar günlərin üçün biletlərin qiymətləri haqda elan veriblər. Beləliklə, Ferrari World-un rəsmi təqdimat mərasimi, 2010-cu ilin oktyabr ayının 27-də, yerli vaxtla axşam saat 7-də təşkil olunacaq. Adi giriş bileti böyüklər üçün 225 dirhəm (təxminən 61 dollar), azyaşlı uşaqlar üçün isə 165 dirhəm (təxminən 45 dollar) olacaq. Hər şeydən əlavə olaraq digər xüsusi atraksionları açan, həmçinin, başqa VIP-xidməti təmin olunan premium-sinif biletinin qiyməti 375 dirhəm (102 dollar) böyüklər, 270 dirhəm (74 dollar) uşaqlar üçün olacaq.

Bundan başqa, bütün növ biletlər, amerikan sürüşkənləri və atraksionlarına limitsiz daxilolma imkanı verir. Düzü, parkın təmsilçiləri bildirirlər ki, oktyabr ayındakı açılış mərasimindən sonra atraksionların sadəcə bir neçə növü fəaliyyət göstərəcək. Ferrari World-ün tam açılışı, bu ilin dekabr ayında təşkil olunacaq.
Xatırladaq ki, Ferrari World, avtomobil markasına məxsus olan ilk atraksion parkı olacaq.

Mənbə: auto.utro.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Ferrari, Ferrari World Abu Dhabi 12.10.2010

Şərhlər


AD