Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen Amarok, dünyanın ən yaxşı pikapı adını aldı

Volkswagen Amarok, dünyanın ən yaxşı pikapı adını aldı – avtomobil, International Pickup Award mükafatına layiq görülüb. Jüri heyətindəki 23 ölkədən olan mütəxəssislər, ən yaxşı pikapı seçmək üçün seqmentdəki müxtəlif modelləri İrlandiya yollarında sınaqlardan keçirdilər. Asfalt yolda olduğu kimi yolsuz yerlərdə də ən yaxşı pikap Volkswagen Amarok qəbul olundu.

Volkswagen Amarok, turboüfləyicili 2.0 litr həcmli (163 a.g.) Bi-TDI və Common Rail yanacağı birbaşa inyeksiya edən sistemlə, həmçinin, azaldılmış ötürücülüklə tam ötürücülüyü qoşan 4MOTION sistemi ilə də təchiz olunub. Üç əsas, iki əlavə qatdan ibarət olan Heavy-Duty ressor dəsti avtomobilə, icazə verilən 3040 kq-lıq maksimal çəkidə 1160 kq-lıq əlavə yük daşımağa imkan verir – mövcud olan avtomobil seqmentində yeni rekorddur.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Amarok 11.10.2010

Şərhlər


AD