Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lotus Elan-ı yenidən yaratdı

Doxsanıncı illərin əvvəllərində, britaniyanın Lotus kompaniyasının (indi Malaziyanın Proton konserninə məxsusdur) model cərgəsində kompakt Elan kabrioleti var idi.

2010 Paris avtosalonunda, kompaniya yenidən “doğulmuş” Elan modelini göstərdi. Düzü, çox da baha olmayan idman avtomobili haqda danışmaq belə olmaz. Yeni Elan, nə az, nə çox, Porsche 911 ilə rəqiblik etməlidir.

Avtomobilin xarici görünüşünün Honda CR-Z hibridini xatırlatmasına fikir verməyin, yeni Lotus Elan-nın mühərrik bölməsində, ciddi 4.0 litr həcmli, 450 a.g. olan və maksimal 465 Nm fırlanma tezliyi verən V6 benzin mühərriki durub.

Yeddipilləli DCT transmissiyası ilə birlikdə işləməklə, 1295 kq-lıq çəkisi ilə kupe, 0-100 km/saat sürətini 3.5 saniyəyə yığır, maksimal sürəti sə 310 km/saat təşkil edir.

Sonra Lotus, yanacaq sərfiyyatını və zərərli tullantıları hiss olunacaq qədər azaldan hibrid güc vahidli Elan-ı təqdim etmək niyyətindədir.

Yeni model, 2013-cü ilin payızında, 75 000 funt sterlinqdən başlayan qiymətlərlə satışa təqdim olunacaq.

Mənbə: allcarz.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Lotus, Lotus Elan 06.10.2010

Şərhlər


AD