Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford, Parisdə Ford Focus ST Concept-i təqdim etdi

2010 Paris moto-şousunun açılışına bir neçə həftə qalmış, Ford, yeni Ford Focus ST-nin rəsmi şəkillərini təqdim etmişdi, avtosalon açılan gün isə jurnalistlər, Concept başlığı altında olsa da ilk dəfə yeni avtomobili gördülər.

Əvvəlcədən bildirildiyi kimi Focus ST-nin mühərrik bölməsinə EcoBoost ailəsindən olan, dördsilindirli, 2.0 litr həcmli, 250 a.g. və 360 Nm maksimal fırlanma tezliyinə qədər gücləndirilmiş mühərrik yerləşdirilib.

Bundan başqa, “gücləndirilmiş” Focus, idman üslublu asma, gücləndirilmiş əyləc, dartı kontrolu sistemi və sükan idarəetməsinin başqa tənzimləmələri ilə təchiz olunub.

Yeni avtomobil, beşqapılı 2011 model Ford Focus-un bazasında hazırlanıb və xarici görünüşündə, başqa ön bamperi, damda qoyulmuş böyük spoileri, arxa bamperin ortasında olan çıxış sisteminin iki borusu və 19 düyümlük yüngüllehimli çarxları olan aqressiv aerodinamik bodi-kiti ilə fərqlənir.

Yeni Focus ST-nin salonunda, idman üslublu Recaro oturacaqlar, yeni idman üslublu sükan, mərkəzi paneldə karbon plastikindən görüntülər, həmçinin, əlavə bloka köçürdülmüş üç əlavə göstərici yer alır.

Yeni modelin seriyalı versiyası 2012-ci ildə təqdim olunacaq, satışı isə bütün qlobal bazarlarda, o cümlədən Amerikada da təşkil olunacaq.

Mənbə: allcarz.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Ford, Ford Focus, Focus ST, ST Concept 04.10.2010

Şərhlər


AD