Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

General Motors Magna ilə “barışmağa” hazırdır

Amerikan konserni General Motors, Opel konsorsiumunun səhmlərinin 55 %-ni Kanadanın Magna International və Russiyanın Sberbankının tərkibindəki sata bilməməsindən sonra kanada avtomobilyığma istehsalçısı ilə birgə əməkdaşlığa maraq ifadə etdi. Deutcsh Welle bildirir ki, Magna, yeni Opel Astra-nın dəstləşdirilməsini təmin etmək üçün GM-lə bağlanmalı olan müqavilənin astanasındadır.

Almaniyanın kütləvi informasiya vasitəsi bildirir ki, 2013-cü il üçün istehsalı planlaşdırılan yeni kabriolet modelinin parçalarının dəstləşdirilməsi sifarişi, öz növbəsində Magna üçün Opel-ə sahib olmaq üçün aparılan hazırlıq işlərinə xərclənən milyonun konpensasiyası olsun. Bu sifarişi, Magna üçün uğursuz olan son illərdən sonra uğurlu sövdələşmə adlandırmaq olar. Misal üçün, GM ilə baş tutmayan işdən sonra Volkswagen konserni Porsche Cayman və Boxster modellərinin dəstəşdirilməsi üçün Magna ilə bağladığı müqaviləni ləğv etdi. Bundan başqa, Almaniyanın antimonopoliya xidməti də Kanada konserninin bankrot olmuş Karmann kompaniyası ilə sövdələşməyə icazə vermədi.

Xatırladaq ki, 2009-cu ilin sentyabr ayının 10-da, General Motors konserninin idarə heyəti, Kanadanın Magna və Russiyanın Sberbankının daxil olduğu Opel konsorsiumunun 55 % səhmlərinin alınmasına razılıq vermişdi. GM-in özünə alman kompaniyasının 35 %-nin məxsus olacağını, qalan 10 %-in isə Opel əməkdaşları arasında paylaşdırılacağı təklif olunmuşdu. Ancaq, 2009-cu ilin noyabr ayının 4-də, GM Opeli satmayacağını bildirdi və sövdələşmədən imtinanın səbəbi kimi bazar şərtlərinin dəyişməsi və GM-in biznesində Opel-in önəmli strategiya daşıması olduğunu bildirdi. Opel-in satışı ilə əlaqədar olan sövdələşmənin baş tutmamasına görə GM Russiya tərəfinə 13 mln. avro konpensasiya ödədi. Magna da Amerikan konserninə qarşı iddia qaldırmaq imtina etdi.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
General Motors, Opel 03.10.2010

Şərhlər


AD