Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Status Design atelyesindəm Lamborghini Murcielago Roadster

Russiyanın Status Design atelyesinin tünerləri, öncəki BMW X6 krossoveri və Ferrari F430 avtomobillərinin üzərindəki işlərindən sonra Lamborghini Murcielago Roadtster-ə çatdılar.

Avtomobil xarici görünüşündə, BF-Performance kompaniyasının hazırladığı bir çox karbon elementləri əldə edib. Bu, misal üçün, baqaj bölməsinin qapağı, spoilerli ön bamper, arxadakı böyük antrikrılo və yan ətəklərdir.

Bundan başqa, Status Design-dan olan Murcielago-nun tüninq variantı, karbon plastikindən olan yan güzgüləri, heç yeri olmayan ön optikadakı karbon “qaşlar”, həmçinin, LP640 stilində olan arxa bamper, idman üslublu çıxış sistemi və qara mat rəngli çarx diskləri ilə lovğalana bilər.

Salonda, narıncı rəngli alliqator dərisindən olan oturacaqlar, karbondan olan mərkəzi konsol və narıncı rəngdə olan alətlər paneli, ventilyasiya sisteminin karbon plastikindən olan deflektorları, sərnişin üçün tutacaq və sükandakı görüntülər yer alır.

Bu Lamborghini Murcielago, sabvufer və gücləndiricili audio-sistem, həmçinin öndə və arxada olan səs gücləndiriciləri ilə təchiz olunub.

Bütün bu işlərin qiyməti bildirilmir.

Mənbə: allcarz.ru

Tərcümə: AUTO.AZ



Şərhlər


AD