Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jeep, balaca, büdcəli SUV istehsal edəcək

Chrysler konserninin planında, Jeep markası adı altında tamamilə yeni SUV modeli buraxmaq yer alır. Brendin rəhbəri Maykl Menri bildirib ki, yeni model, Jeep-in ən kompakt və ucuzlu modeli olacaq: o WranglerPatriot modellərindən hiss olunacaq qədər balaca olacaq. O qeyd etdi ki, yeni SUV-un vəzifəsi, Jeep-in müştərilərinin arasına, çox da böyük olmayan artıq avadanlıqsız, qənaətcil krossoverlərə üstünlük verən avtomobilsevərləri qaytarmaq olacaq. O, yeni modelin premyerasının tarixini bildirmədi.

Qeyri-rəsmi məlumatlara görə, yeni SUV, Fiat modellərindən birinin – məsələn Fiat Panda-nın platformasında bazalaşdırıla bilər. Yeni modelin iş adı – Jeep Phoenix-dir, amma, seriyalı versiyasının adı başqa cürə ola bilər. SUV Avropa bazarı üçün olduğu kimi, Amerika bazar üçün də hazırlanacaq.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Jeep, Jeep Wrangler, Chrysler, Jeep Patriot 28.09.2010

Şərhlər


AD