Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

VW bir kabinalı Amaroku göstərdi

Volkswagen özünün yeni Amarok pikapını təqdim etdi. Bu vaxta kimi model iki kabinalı buraxılırdı, amma, artıq çox yaxında bir kabinalı daha ucuz versiyası mövcud olacaq.

Özü də, bir kabinalı Amarok-un çıxması ilə yanaşı, almanlar, 2.0 litr həcmli BlueMotion versiyalı dizel mühərrikini də təqdim etdilər. Onun gücü 122 a.g. təşkil edir və Volkswagen bunun pikap üçün bəs qədər olduğunu düşünür. Amarok BlueMotion-nun əsas üstünlüyü ondadır ki, 100 km-lik yola cəmi 6.9 litr solyar yanacağı sərf edəcək.

Bir kabinalı Volkswagen Amarok, 3.57 kv.m sahəsi, 2205 mm uzunluğu olan yük bölməsinə sahibdir. Müqayisə üçün deyək ki, iki kabinalı Amarok-un yük bölməsinin uzunluğu 1555 mm-dir.

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Amarok 28.09.2010

Şərhlər


AD