Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW, 5-series və X3 üçün idman üslublu dəst təqdim edir

BMW M Gmbh, bavariya kompaniyasının yeni modelləri üçün idman üslublu dəstlər cərgəsi təqdim edir. Belə ki, 2010-cu ilin payız aylarında yeni BMW 5-ci seriya-nın sedan və universal banları üçün idman üslublu M-paket dəstlərinin təqdim olunması planlaşdırılır. Onların hər biri üçün M-paketin özünəməxsus versiyası hazırlanıb. Bodi-kitə, idman üslublu asma, aerodinamik bodi-kit, iki xətli, yüngüllehimli, aerodinamik xarakteristikanı artırmaq qabiliyyətli 18 düyümlük çarx diskləri daxildir. Avtomobil özü isə gözqamaşdırıcı atletik cizgilər əks etdirir. Əlavə avadanlıq olaraq, 19 düyümlük yüngüllehimli çarx diskləri də təklif olunur. BMW 5-series Sedan üçün təklif olunan hər olan çarx diskləri, iki versiyada müxtəlif ölçülü ön və arxa şinlərlə dəstləşdirilir. Bundan başqa, sedanın idman üslüblü dəstinə, bu model üçün hazırlanmış spoiler də daxildir.

Bununla yanaşı, BMW X3-ün satışına başlanılana qədər, 2010-cu ilin noyabr ayında, BMW M Gmbh, bu model üçün olan idman üslublu M-paketi təqdim edəcək. Dəstə, aerodinamik bodi-kit, xrom çıxış boruları, həmçinin, qapı çərçivələrinin parıltılı görüntüsü və damdakı relinqlər daxildir. Bodi-kitin, banın ön, arxa və yan hissələrinə qoyulan komponentləri ban rəngində boyanır, arxa önlüyün diffuzorunun paneli isə tünd boz-metallik rəngdə boyanır. Dəsti, idman üslublu asma, 18 düyümlük yüngüllehimli disklər, həmçinin, xDrive standart tam ötürücülü sistem üçün variantlı Performance Control sistemi tamamlayır. BMW X3 M-in faktiki satışına, 2011-ci ililn ikinci kvartalında başlanılacaq.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
BMW, BMW 5-series, 5-series F10, BMW X3 28.09.2010

Şərhlər


AD