Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi A1 Mini-ni keçir

Bu yaxınlarda satışa təqdim olunmuş Audi A1 kompakt hetçbekinin Mini Cooper S ilə mübarizə aparmaq imkanı verən modifikasiyası hələ ki, yoxdur, amma, Audi kompaniyası Parisdə keçiriləcək avtosalonda modelin belə versiyasını təqdim edəcək. “Top” mühərrik, Volkswagen Polo-nun gücləndirilmiş versiyasından borc alınıb. A1 üçün onu 180 a.g.-dən 185 a.g.-ə qədər forsirə ediblər ki, bu da Mini Cooper S-dən bir at gücü daha çoxdur.

Pasport məlumatlarına əsasən A1 rəqabətə keçir. Artıq baza versiyasında gələn yeddipilləli robotlaşdırılmış S-tronic ilə Audi, 0-100 km/saat sürətini 6.9 saniyəyə yığır. Eyni zamanda həmin sürəti, Mini mexaniki sürət qutusu ilə 0.1, avtomatik sürət qutusu ilə isə 0.3 saniyə daha gec yığır. Rəqiblərin maksimal sürəti isə demək olar ki, bərabərdir: Audi-nin maksimal sürəti 227 km/saatdır ki, bu da Mini-nin əldə edə biləcəyi maksimal sürətdən 1 km/saat azdır.

Mini-nin əla idman şassisi olduğu məlumdur. Güman edilir ki, A1-in daha güclü versiyası üçün daha aşağı pillədəki modelində olandan fərqli yay və amortizatorlar seçilib. Miniatür Audi rəqibini trekə çağırmağa qadirdir, ya yox, bunu testlər göstərəcək.

A1-in yeni modifikasiyası üçün daha zəif versiyasından fərqli xarici görünüş nəzərdə tutulmayıb. Avtomobil aerodinamik S-Line dəsti ilə təchiz olunub, hansı ki, daha zəif modifikasiyalı versiyası üçün də sifariş vermək olar. Hətta, cəlbedici hetçbekin xüsusi adı da olmayacaq. Onu S1 (cəlbedici S3 hetçbeki kimi) adlandıracaqlarını təklif etmək olardı, amma, Audi kompaniyası bundan imtina etdi. Hətta güclü mühərriklə belə avtomobil A1 adlanacaq.

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Audi, Audi A1, Mini, Mini Cooper S 25.09.2010

Şərhlər


AD