Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyotadan sürətli avtomobil oyunlarında rekord vuran sürücülərə sürpriz var!

Toyota şirkətinin istehsal etdiyi avtomobillər uzun illərdir ki, bölgəmizdə sevilir və məşhurdur. Müvafiq olaraq, Land Cruiser Prado, Land Cruiser 200, Corolla və Camry kimi modellərin etibarlılığı və davamlılığı hamıya bəllidir və azərbaycanlı istehlakçılar tərəfindən yüksək qiymətləndirilir. Lakin əsl avtomobil həvəskarlarına yapon meqa avtomobil istehsalçısı olan Toyotanın bu tərəfi ilə yanaşı, onun yarış avtomobillərinin də ciddi təşviqatçısı olması yaxşı məlumdur.

Toyota idman avtomobillərinin 60 illik tarixi var. Bu gün bütün yarış komandası “Toyota Gazoo Racing” şöbəsində birləşib, onların himayəsi altında yarış avtomobilləri hazırlanır və dünyada müxtəlif avtomobil yarışlarında iştirak edir. “Toyota Gazoo Racing” – Toyotanın sadəcə trasslarda qələbə qazanması üçün deyil, həm də öz avtomobillərini daim inkişaf etdirməsi istəyini özündə əks etdirir. Əsas şüarı “daha yaxşı avtomobillər yaratmaq” olan Toyota 60 ildir ki, hüdudları aşmaqdadır. Əsas prinsipi “yollar insanları, insanlar isə avtomobilləri yaradır” olan bu komanda beş kontinenti fəth edib.
Deyirlər ki, avtomobilin əsl ruh və xarakterini anlamaq üçün, ən azı bir dəfə yarışçının magistral yolda keçirdiyi emosiyaları hiss etmək lazımdır. Təəssüf ki, hamıya belə bir imkan nəsib olmur, hətta sərnişin qismində belə.

Ancaq Toyota bunu reallaşdırdı. 2012-ci ildə Toyota şirkəti Parisdəki “Paris Motor Show” avtosalonunda Toyota GT86 yarış avtomobilininin simulyatorunu ilk dəfə təqdim etdi və bu təqdimat böyük marağa səbəb oldu. Anthony Davidson və Sebastien Buemi kimi məşhur sürücülər də onu elə burda idarə etmişdi. GT86 simulyatorunu bir nəfər idarə etsə də, sürücünün yanında bir sərnişin əyləşə bilər. Ön şüşə daxildən tamamilə ekrandır və sürücü ekranda göstərilən yollara uyğun olaraq simulyatoru idarə edir. Bu təcrübəni tam və əyləncəli yaşamaq üçün isə yan şüşələri bağlamaq yetərlidir.

Tezliklə azərbaycanlı avtomobil həvəskarlarının da bu hissləri elə Bakıda yaşamaq imkanı olacaq. Sərgi salonundan çıxmadan bu real emosiyaları yaşamaq istəyənləri Toyota şirkəti yanvarın 28-dən fevralın 8-dək Toyota Bakı Mərkəzinə və fevralın 10-dan fevralın 21-dək isə Toyota Abşeron Mərkəzinə dəvət edir.

GT86 simulyatoru ən arzu olunan tam ölçülü simulyatordur və sürücülər arasında maraqla qarşılanacağına əminik.

Baxmayaraq ki, bu avtomobil satışa çıxarılmayıb, istənilən şəxs onu sürməyin həzzini yaşaya bilər. O, sürücülərə Toyota avtomobillərinin idman ruhunu və yarışların alternativ reallığını hiss etməyə imkan verəcək.

Daha ətraflı məlumat üçün rəsmi dilerlərə və ya Toyota Azərbaycan şirkətinin rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz.

 



29.01.2020

Şərhlər


AD