Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota Hibridinin Qafqaz triumfu!

15-16 oktyabr tarixlərində “Toyota Qafqaz” şirkəti jurnalistlər üçün hibrid mühərrikli avtomobillərin sınaq yürüşünü təşkil etdi. Təşkilatçılar sınaq yürüşünü bu dəfə Gürcüstanın Kaxetiya bölgəsində təşkil etməklə, nəqliyyat vasitələrinin sadəcə şəhər mühitində deyil, enişli yoxuşlu region yollarında da bacarıqlarını göstərməsi üçün jurnalistlərin ixtiyarına hibrid mühərrikli “Toyota Camry”, “Toyota Corolla”, “Toyota C-HR” və “Toyota RAV4” avtomobilləri təqdim etdi. Eyni zamanda, iştirakçıların məşhur şərab regionunun təbiəti, tarixi ilə yaxından tanış olması üçün də şərait yaradıldı və maraqlı əyləncə proqramı təşkil olundu.

Təşkilatçılar sanki bu gözəl təbiətli regionu seçməklə gizli bir ismarıc verirdilər. Belə ki, sınaq yürüşünün təşkil olunduğu yolun üzərində gözəl meşələr, Lapota gölü, Qombori dağ keçidi kimi əsrarəngiz təbiət əsərləri var idi və bu yerlərdən hibrid avtomobili ilə keçərkən təbiətə demək olar ki, zərər vurmadığını anladıqda insanın ürəyi rahatlayırdı. Vurğulamaq istərdik ki, hibrid avtomobilini idarə etmək insana tam fərqli hisslər yaşadır. Rahatlıq, təhlükəsizlik və əminlik hisslərindən zövq alırsınız.

Mart ayında təşkil olunmuş möhtəşəm sınaq yürüşünün əks-sədası çəkilməmiş, yeni yollarda uzun müddət səsi gələcək daha bir maraqlı tədbirə imza atıldı. Bu dəfə Tiflisdən Lapota gölünə qədər olan yolda hər 40-50 kilometrdən bir olmaqla, 5 pit stop təşkil olundu və hər pit stop arası avtomobillərin müxtəlif bacarıqları sınaqdan keçirildi.




İştirakçılar Qombori dağ  keçidindən başlayan yolda ilk pit stopu Tsinandalidə etdilər və bura qədər olan məsafədə avtomobillərin yanacaq sərfiyyatı sınaqdan keçirildi. Daha dəqiq desək, avtomobillərin enişli dağ yolunda yanacağa qənaət etmək bacarığı yoxlandı. Bildiyiniz kimi, hibrid avtomobillərinin daha yavaş tormozlanması batareyaların daha yaxşı dolması deməkdir. Yolun bu hissəsi isə hibrid avtomobillərinin enerji yığma bacarığını və regenerativ əyləc texnologiyasını yoxlamaq üçün mükəmməl idi. Həqiqətən də, pit stopda avtomobillərin sərf etdiyi yanacağın həcmi iştirakçıları heyrətə gətirdi. Belə ki, hibrid avtomobilləri saatda 60 km sürətilə hərəkət etdiyi zaman cəmi 1,5-2 litr yanacaq sərf etməklə ətraf mühitə minimum tullantı buraxır.
Tsinandalidə Aleksandr Çavçavadzenin tarixi rezidensiyasını gəzdikdən sonra jurnalistlər idarə etdiyi avtomobilləri dəyişərək, fərqli model hibrid avtomobili ilə İkalto Monastrına yola düşdülər. Bu dəfə məqsəd yoxuşlu yollarda hibrid mühərrikinin öz batareyasından əlavə güc alma və lazım olduqda həssas fırlanma anını təmin etmə funksiyalarını yoxlamaq idi.


Yürüşün üçüncü hissəsi isə, İlkato monastrından Alaverdi kompleksinə qədər yol idi və bu hissə düz olduğundan jurnalistlərin hibrid avtomobilinin səssizliyini dinləmək və “Safety Sense” təhlükəsizlik funksiyalarını yoxlamaq imkanı yarandı. Toyota yarandığı gündən təhlükəsizliyi ön planda tutub və hibrid avtomobillərində də təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Onlardan “hərəkət zolağını mümkün dəyişmə ilə bağlı xəbərdarlıq funksiyası” sadəcə sağa-sola dönmə siqnalını istifadə etmədən zolağı keçərkən sürücünü xəbərdar etməklə kifayətlənmir, bu hadisə təkrarlandığı halda səs siqnalının tonunu da artır və sürücünün bu haldan xəbərdar olmasını 100% təmin edir və avtomobili zolağa qaytarır.

Yolun son hissəsində jurnalistlər Alaverdi kompleksindən Lapota döngəsinə doğru hərəkət edərkən hibrid avtomobillərinin əlavə təhlükəsizlik funksiyalarını sınaqdan keçirdi. Bu funksiyalardan ən çox istifadə olunanı və uzun yollarda sürücülərə kömək edən “Adaptiv kruiz kontrol” funksiyasıdır. Bu funksiyanı dəstəkləyən xüsusi radar-sensor və videokamera vasitəsi ilə qarşıda hərəkət edən avtomobil, onun sürəti və ara məsafəsi təyin olunur və məsafəni qoruyub saxlaması üçün sizin avtomobilinizin sürəti tənzimlənir.
Belə ki, qarşıdakı avtomobilin sürücüsü qəfil əyləcə basdığında belə bu funksiya sayəsində sizin avtomobil tam dayana bilir.


TSS (Toyota Safety Sense) kimi aktiv təhlükəsizlik sistemləri sürücüyə kömək üçün nəzərdə tutulub.Xarici amillər ucbatından bu sistemdə dəqiq tanınmada və səmərəli idarəetmədə məhdudiyyətlər mövcuddur və buna görə sistəmə çox güvənmək lazım deyil.Sürücu maşını idarə edərkən hər zaman ətrafında olan avtomobillərə diqqət yetirməlidir və sürüş zamanı bütün təhlükəsizlik tədbirlərinə riayət etməlidir.

Bu son sınaqdan sonra Gürcüstanın Kaxetiya regionunun mirvarisi olan və Qafqaz dağları ilə əhatə olunan Lapota gölünün sahilinə və burda yerləşən eyni adlı otelə çatan jurnalistlər, günün sonunu dincələrək keçirdi.

Tədbirin ikinci günü jurnalistlərlə görüşən “Toyota Qafqaz” şirkətinin prezidenti Mitsuri Konişi müsahibəsində ilk olaraq jurnalisləri “Yeni Toyota dünyası” tədbirində görməyə çox şad olduğunu bildirdi və qeyd etdi: “Toyota-nın dünyada pioner olduğu Hibrid texnologiyası Qlobal ətraf muhitin problemləri ilə bağlı mübarizədə daha da vacib hala gəlir. Müştərilərimizlə birlikdə planet qarşısında zərərli tullantıların azaldılması istiqamətində məsulliyyəti paylaşdığımıza görə çox məmnunuq. Ümumi olaraq, Yeni Toyota Qlobal Arxitekturası əsasında istehsal olunan və Toyota Aktiv Təhlükəsizlik sistemləri ilə təchiz olunan bir sıra Toyota hibrid avtomobillərinə sahib olaraq biz müştərilərimizə daha məsuliyyətli, daha əmin və daha əyləncəli sürüş imkanı təqdim edirik.”
Sonda, hibrid avtomobillərinin servis xərclərinin fantastik olduğunu düşünən sürücülərimizə bildirmək istərdik ki, bu, ənənəvi Toyota avtomobilləri ilə təxminən eynidir və servis səlahiyyətli Toyota təmsilçisi tərəfindən həyata keçirilir.

Yeni nəsilin, özünü yeni dünya ilə ayaqlaşdıran gənc ürəkli insanların və ailələrin avtomobili olan “Toyota RAV4”, “C-HR”, “Camry” və “Corolla”  bu dəfə də bir çox xüsisiyyətləri ilə tədbir iştirakçılarını təəcübləndirə bildi və bir daha hibrid abtomobillərinə güvən və ehtiram qazandırdı. 

Toyotanın Hibrid avtomobilləri haqqında çox yazılıb və daha çox da deyilib . Bütün bunları isə hiss etmək başqa bir aləmdir. Ona görə də, bütün avtomobil sevərləri Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi və Toyota Gəncə Mərkəzində  sınaq yürüşünə yazılıb, şəxsən hibrid avtomobillərini sınaqdan keçirməsini təklif edirik. Əminik, bizim kimi inanılmaz hisslər yaşadıqdan sonra hamının xəyalında bir hibridə sahib olmaq arzusu yaranacaq.
Bildirək ki, hazırda Azərbaycanda “Toyota RAV4” avtomobilinin hibrid modeli mövcuddur və sürücülər onu həvəslə əldə edir. 2020-ci ildə isə “Toyota Camry” və “Corolla” modellərinin də hibrid versiyaları ölkəmizə gətiriləcək.



25.10.2019

Şərhlər


AD