Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan yeni nəsil Juke təqdim etdi

Modelin təqdimat mərasimi eyni zamanda beş Avropa ölkəsində - London,Paris, Milan, Barselona və Kölndə keçirilib. Aİ bazarı Juke üçün əsas bazarlardan biri sayılır. Birinci nəsildə balaca demək olar ki, milyon ədəd tirajla satılıb. Alıcılar qeyri-adi dizayn, yaxşı təchizat və əlverişli qiyməti layiqincə dəyərləndirdilər.

Model ikinci nəsildə standart olmayan görünüşünü saxladı. Əvvəlki modeldən ona optikanın böyük yumruları qalıb – amma bu dəfə onlar işıqdiodlu və standartdadırlar. Yuxarıdakı faralar kapotdan aşağı sürüşüb və parlaq “qaşlara” çevrilib. Radiator barmaqlığı müasir Nissan-ların əlaməti olan böyük V şəkilli əlavə ilə formalaşdırılıb.

Juke-un əsası Renault Captur-dan CMF-B platforması oldu. Araba sələfində olduğu kimi –  qabaq McPherson dayaqları və arxada yarı asılı konstruksiyası olan hərəkət hissəsindən ibarətdir. Banın uzunluğu 4,2 metrə (+ 9 santimetr) çatır. Bu əlavəni salona hava vermək üçün istifadə ediblər. Çünki, darlıq əcdadın əsas mənfi cəhəti idi.

Yük üçün də yer genişlənib. Artıq yük yeri əvvəlki Juke-dan 70 litr artıq – 422 litr həcmə malikdir. Salonun işləməsi daha zəngin olub. Topda dəri və zamşanın uyğunlaşdırılmasını gözləmək olar. İdarə paneli tamamilə yenidir – böyük displeyli cihaz paneli və mərkəzi konsoldan gələn trapesiya multimediya ekranı.

Təchizat xeyli yaxşılaşıb. Multimediya onlayn yenilənməyi və Wi-Fi paylaşmağı öyrənib. Elektron dayələr yenilənmiş ProPilot kompleksində birləşiblər. Bu kompleks adaptive kruiz, nişanların və işarələrin sensorları, avtomatik əyləc sistemi və s. birləşdirir. Elektron əl əyləci də bazadadır. Seçimlər arasında Bose akustikası olan “musiqi” də var.

Güc qammasında üç silindri və turboyükləyicisi olan yeni baza mühərriki 1.0 DIG-T-nin sirri açıldı. O, köhnə 116 a.g. verən dörd “bankalı” 1,2 turbo mühərikini dəyişib 117 a.g. verdi. Onunla birgə altı sürəti olan və ya yeddi sürətli və iki muftalı robotlaşdırılmış MSQ ayırdılar. Bu versiyanın ötürücüsü – qabaqdır.

Daha sonra şirkət bundan güclü Juke təqdim edəcək. İndi yenilik Frankfurt avtosalonunda podiuma çıxmağa və Britaniya Sanderlendindəki zavodda seriya buraxılışına hazırlaşır. Satışlar noyabrda başlanır.



teqlər:
Nissan, Nissan Juke 11.09.2019

Şərhlər


AD