Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche yeni model təqdim etdi

Yeni model – 2015-ci ildə debüt edən MissionE koseptinin varisidir. Mühəndislər banın “arxitekturasını” saxlayıblar. Dizaynda da Taycan və prototip arasında çox oxşar cəhət var. Bu avtomobil maili damı, dinamik silueti və çərçivəsiz yan şüşəli kupe-sedandır. Onun uzunluğu TeslaModelS-də olduğu kimi 4,96 metrdir.

Amerikalı rəqibində olduğu kimi Porsche-nin də xarici panelləri alüminiumdur. Dartı batareyası döşəmənin altındakı ban “skeletinə”  inteqrasiya olunub. Elektrik mühərrikləri köndələn yerləşdirilib və müxtəlif oxlara ayrılıb.  Arxada ikipilləli reduktor dayanıb - qaldırıcı ötürücü maksmal sürəti artırmaq üçün nəzərdə tutulub.

Taycan startda iki modifikasiya əldə etdi – Turbo və TurboS. Adlar, əlbəttə, şərtidir və DYM ilə təmin olunmuş Porsche-nin analoqu ilə bele adlanıb. Kiçik versiya 625 a.g. verir. Yerindən yüzə sürət yığmağa 3,2 saniyə tələb olunur. Maksimum sürət 260 km/saatdır.

S hərfli versiya ilk yüzü 2,8 saniyəyə yığaraq 761 a.g. verir. Maksimal sürət kiçik modifikasiyadakı kimidir. Gediş ehtiyatı isə daha azdır, çünki, mühəndislər eyni akkumulyatorları saxlayıblar. Bir yükləmədə TurboS 420 km, “adi” Turbo isə WLTP tsiklində 450 km-dək gedə biləcək.

Taycan şəbəkəsində iş gərginliyi 800 Volt təşkil edir. Bu enerji ehtiyatını tez bərpa etməyə imkan verir. 80 faizli akkumulyatorları eyni gərginlikli terminalda cəmi bir neçə dəqiqəyə yükləmək  olar. Ən ağır batareya – litium-ionludur. O, LGChem Koreya firması ilə birgə düzəldilib.

Təchizat - əladır. Pnevmatik asılqan stardarta daxildir, S-versiya isə karbon əyləclər və arxa təkər sükan sistemi ilə sevindirir. Daxildə demək olar ki, bütün qurğular “hərf”-ə keçirilib. Sürücnün qarşısında 16,8 düymlük əyri panel yerləşib. Onun konfiqurasiyasını dəyişmək olar. Məsələn, Puremode rejimində minimum informasıya göstərmək və ya Mapmode və ya FullMap-dənaviqasiya şəkillərini əks etdirmək.

Konsolun mərkəzində - 10,9-düymlük ekranı və səsli idarəetməsi olan multimediya yerləşir.  Sistem “Hey, Porsche” kəlməsi ilə aktivləşir. Taycan alıcılarına üç il pulsuz internet və reklamsız 50 milyon treki olan AppleMusic servisinə tam keçid söz verilib. Əlavə məbləğə qabaq sərnişində də belə ekran meydana gələcək.

Rahatlıq üçün klimat-kontrol və başqa seçimlər mərkəzi tuneldə olan digər pəncərədən yüklənir. Virtual klavişlər basdıqdan sonra vibrasiya edir. Bir qədər aşağıda əl ilə yazılmış hərfləri seçən taçpəd yerləşib.

Taycan-ın buraxılışı Porsche-nin qərargahının yerləşdiyi Zuffenhauzen şəhərində təşkil olumuşdur. Buna görə şirkətdə tamamilə yeni xətt  quraşdırılıb. Hər şey plan üzrə getsə ilk versiyalar 2020-ci ilin ortalarında dilerlərə çatacaq. Şirkət 25 min ədədlik illik tiraja çıxmağa ümid edir.



teqlər:
Porsche, Porsche Taycan 09.09.2019

Şərhlər


AD