Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bugatti Chiron sürət rekordu qoydu

Sınaq  Almaniyada Volkswagen poliqonunda baş verib. Bugatti -nin test-pilotu Endi Uollis Chiron-u 490,5 km/saatadək sürətləndirə bilib.  Beləliklə, model dünyada ən sürətli seriya avtomobili oldu. TÜV texniki müfəttişliyi bu rekordu qeydiyyata aldı. Buna qədər rekordçu 447 km/saat sürət yığan hiperkar Koenigsegg Agera hesab olunurdu.

Lakin bu versiyanın tamamilə seriya versiyası olmadığını nəzərə alsaq, Chiron-nun nəticəsi şübhə altında qala bilər. Mühəndislər 8.0 W16 mühərrikinin gücünü 1500-dən 1600 a.g.-dək artırıblar. Hiperkar aerodinamikanın yaxşılaşdırılması üçün başqa asma əldə edib. Ele bu məqsədlə də mütəxəssislər qazçıxma borularını banın ölçülərindən qırağa yerləşdiriblər.

Avtomobilin hərəkət hissəsi də dəyişilib. Klirens aşağı salınıb, təkərlərə  sürtünməyə müqavimətli, xüsusi  Michelin rezinləri quraşdırılıb. Salondan artıq avadanlıq çıxarılıb ki, bu da çəkinin azalmasına imkan verib. Bu avtomobilin seriya istehsalına buraxılması inandırıcı deyil. Xatırladaq ki, adi Chiron 420 km/saat sürət yığa bilir.



teqlər:
Bugatti, Bugatti Chiron 07.09.2019

Şərhlər


AD