Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen yeni model təqdim etdi

Eyniadlı konseptin seriyalı versiyasına qədər 3 il keçdi. Bu rəqəm rəmzidir. İstehsalçılar hetçbəki Volkswagen-in tarixində üçüncü mühüm model adlandırırlar. Birinci və ikinci yerləri müvafiq olaraq  Beetle və Golf tutur.  Məhz ona brendin təkmilləşdirilmiş loqotipini daşımaq məsuliyyətinin düşməsi əbəs yerə deyil.

Lövhəcik asan tanınır -  V və W hərfləri dairədə yazılıb. Bununla belə, şirkət üçmiqyaslı təsvirdən imtina edib və onu səlis düzəldib. Bundan əlavə, loqo üçün müxtəlif fonlardan istifadə edilib. Qərara alınıb ki, ağ rəngdən adi maşınlarda, qırmızıı rəngdən idman versiyalarında, göy rəngdən isə elektrokarlarda istifadə edilsin.

Yenilik C-class-da qərarlaşacaq. O,  VW seriyasında məxsusi olaraq elektromobillər üçün hazırlanmış MEB şassisini ilk dəfə sınaqdan keçirir. Dartqı batareyası banın skeletində quraşdırılıb, standart versiya isə arxa ötürücülüdür. Tam ötürücü versiya da nəzərdə tutulub. O, iki və ya daha çox aqreqat alacaq.

ID.3-ün uzunluğu 4,26 metrdir ki,  bu  VW Golf ilə müqayisəolunandır. Lakin onun təkər bazası 2,77 metr təşkil edir. Bu isə D-class modelinin göstəricisidir. Beləliklə, salonda sıxlıq olmayacaq. Burada da çoxlu sayda qadcet var. Demək olar ki, bütün cihazlar rəqəmsallaşdırılıb, o cümlədən klimat-kontrol. Multimediya "Hello" deməklə aktivləşdirilir. Qaz və əyləc pedallarının üzərində Play və Pause simvolları yazılıb.

Əvvəlcə 150 və 204 a.g.-lü  iki arxa ötürücülü versiya olacaq. Bundan əlavə, uzaq məsafəni qət etmək üçün də versiya hazırlanır. Onun batareyaları 330, 420 və 550 km məsafə qət etməyə imkan verəcək. Naviqatoru və enerji doldurma stansiyalarını axtara bilən multimediya sistemi artıq standart versiyaya daxil edilib. Opsiyalara matrisalı faralar, açarsız müdaxilə, adaptiv kruiz, proyeksiyalı displey, panoram dam və Beats daxildir.

ID.3-ü artıq sifariş vermək olar. İlkin olaraq istehsal edilmiş 30 min avtomobil artıq çatdırılıb. Ən fəal alıcılar norveçlilər olublar.



teqlər:
Volkswagen, Volkswagen ID.3 05.09.2019

Şərhlər


AD

Elanı Premium etmək

Daha tez satmaq imkanı!

Elanınız əsas səhifədəki Premium elan blokunda, sifariş olunan zaman müddətində göstəriləcək.
Orta hesabla, 10 dəfə daha çox baxış, 5 dəfə daha çox cavablanma, satışlar bir neçə dəfə tez həyata keçirilir!

Həmin elanın təkrar uzadılması zamanı cari xidmət müəyyən olunmuş günlərin sayı qədər uzadır (günlər toplanır).



Elanınızın nömrəsi:

Belə nömrə ilə elan mövcud deyil

Credit cardPortmanat