Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes GLB AMG versiya aldı

AMG atelyesinin mütəxəssisləri tez və ya gec Mercedes-in bütün modellərinə çatırlar. Lakin B-Class ailəsi üzərində heç vaxt belə iş aparılmamışdı. Təkmilləşdirilmiş versiya yeni krossover GLB-ə nəsib oldu. O, cəmi 3 ay əvvəl debüt etmişdi. Yenilik “35” indeksi alıb ki, bu da AMG iyerarxiyasında aşağı pillədir.

Mühərrik digər 35-lərdə olduğu kimidir – 2,0-litrlik, 306 a.g. Lakin krossoverin sürətlər qutusu özününküdür – iki muftası və 8 diapazonu olan robot Speedshift DCT 8G. Xatırladaq ki, AMG 35 ailəsinin digər üzvləri 7-pilləli sürətlər qutusuna malikdir.

Yenilik tam ötürücülüdür. Burada arxa təkərlər elektromexaniki çoxdiskli mufta ilə hərəkətə gəlir. Transmissiya hərəkət rejimlərinə uyğun tənzimlənir. Onların arasında iki idman və bir qış rejimi var. Bonus kimi Race-Start rejimi də mövcuddur ki, bu yerindən sıçramanı daha da tezləşdirir. AMG GLB 35 yerindən ilk yüzlüyə 5,2 saniyəyə sürətlənir.

Asılqan fərqli yaylar və amortizatorlar alıb. Arxa hissədə gücləndirilmiş çərçivələr var. Əyləc mexanizmləri böyük disklər və dörd porşenli qabaq supportlarla dəstləşdirilib. Adaptiv asılqan isə opsiya kimi təklif ediləcək. Əlavə ödəniş etməklə təkərləri 19-dan 21 düymə qədər böyütmək olar.

İnteryer AMG üslubunda hazırlanıb. Burada AMG sükan və uyğun oturacaqlar var.  Maraqlıdır ki, mühəndislər üçüncü sıra oturacaqları opsiya kimi saxlayıblar. Krossover 2020-ci ilin birinci rübündə satışa çıxarılacaq. O, sentyabr ayında Frankfurtdakı beynəlxalq motorşouda təqdim ediləcək.



teqlər:
Mercedes-Benz, Mercedes GLB, AMG 01.09.2019

Şərhlər


AD