Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Seat-dən ən sürətli Tarraco

Avtomobil VW-nin 150-güclü benzin 1.4 TSI mühərrikini və elektromotor alıb. Sonuncu mühərriklə 6-pilləli robot sürətlər qutusu arasında yerləşdirilib. Mühərriklər ümumilikdə 245 a.g.--ə malikdir. Benzin mühərriki isə söndürmək də olar. Tam dolu batareya ilə 50 km məsafə qət etmək mümkündür.

Hibrid yerindən 100 km/saata 7,4 saniyəyə sürətlənir – bu, Tarraco sıralamasında ən yaxşı göstəricidir. Maksimal sürət 217 km/saatdır. Lakin ötürücü burada öndür. Arxa oturacaqların altındakı akkumulyatorlar dəsti SUV-u kardan valı və tam ötürücü arzusundan məhrum edib, habelə arxa oxda daha bir elektromotor da olmayacaq.

Hibrid Seat-da idman asmalı yeni FR komplektasiyası debüt edib, arxada spoyler peyda olyb, təkərlər isə R19 və ya R20-dir. Asılqan döngələri sürətlə dəf etmək üçün hazırlanıb. Daxildə idmansayağı qabaq oturacaqlar və sükan, habelə nəzərəçarpan dekorlar var. Bu versiyanı həm hibrid, həm də adi sifariş etmək olar.

Bort işıqlandırılması da yaxşılaşdırılıb. Tarraco FR-də 9,”-düymlük ekranı və sensorlu klimat bloku olan multimedia sistemi var. Bir qədər sonra bu qədcetlər digər Seat-lara da şamil ediləcək. Hələlik hibrid SUV sentyabrda Frankfurtda təqdim ediləcək. Satış isə 2020-ci ilə nəzərdə tutulub.



teqlər:
Seat, Seat Tarraco 30.08.2019

Şərhlər


AD