Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni mühərriki olan Porsche Macan Turbo

Model sentyabr ayında Frankfurtda keçiriləcək motorşouda podiuma çıxacaq. O, nəzərəçarpan hava çıxıntıları olan yeni asma, fərqli dönmə və hərəkət işıqları alıb. Arxa fənərlər bir qədər enli olub. Onların arasında adi Macan-larda olduğu kimi, diodlu işıqlar da var.

Kapotun altında yeni mühərrik peyda olub - əvvəlki benzinlə işləyən 3.6 V6-nı indi 2.9 V6 bi-turbo əvəz edib. Nəticədə at gücü 400-dən 440-a qədər artıb. Fırlanma anı əvvəlki kimi 550 Nm-dir. Sürətlər qutusu da əvvəlki kimi iki muftası olan 7-pilləli robot PDK-dır. Ötürücü tamdır, burada qabaq ox mufta ilə qoşulur.

Yeni mühərrik Macan Turbo-nu daha sürətli edib. Yerindən 100 km/saata bu model indi 4,5 saniyəyə sürətlənir. Opsional paket olan Sport Chrono bu nəticəni 4,3 saniyəyə qədər tezləşdirir. Porsche-nin maksimal sürəti də çoxalıb. Təkmilləşdirilmiş krossover indi 270 km/saatadək sürətlənə bilir.
Əvvəllər də olduğu kimi, Turbo-da standart təchizat adi Macan-lardakına nisbətən yaxşıdır. Məsələn, buraya güclü Porsche Surface Coated Brake əyləcləri daxildir.



teqlər:
Porsche, Porsche Macan 28.08.2019

Şərhlər


AD