Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes yeni GLE Coupe-nin sirrini açdı

Bu model adi GLE-dən sonra debüt etdi. Onların dizaynı oxşardır, sadəcə damın arxa hissəsinə bir qədər dəyişiklik var. Habelə GLE Coupe versiyası bir neçə santimetr qısadır ki, bu, idmansayağı idarəetmə üçün nəzərdə tutulub.

Kross-kupenin qabaritləri bir qədər böyüyüb. İndi onun uzunluğu 4,94 metr ki, bunun 2,94 metrini təkər bazası təşkil edir. Axarlı profil təkmilləşdirilmiş aerodinamikadan xəbər verir. Baqaj da böyüyüb – o indi standart vəziyyətdə 655 litr həcmə malikdir.

İnteryer adi GLE üslubunda hazırlanıb, burada virtual cihazlar paneli, yeganə konsolda isə multimedia displeyi mövcuddur. Ekranların ölçüləri 12,3-düymdür. Yenilik bir qədər zənginləşdirilib. Məsələn, qabaq panel artıq standart versiyada süni dəri ilə işlənib.

Standart asılqana yaylar daxildir. Əlavə pul ödəməklə pnevmatik Airmatic və ya hər təkər üçün ayrı hidropnevmatik tənzimləməsi olan adaptiv E-Active Body Control sifariş etmək olar. Sonuncu 48-voltluq şəbəkədən qidalanır. Onun batareyaları rekuperasiya ilə doldurulur.

Güc qamması 2,9-lirtlik, 272 və ya 330 a.g.-ə malik dizel mühərriklə başlayır. O, avtomat sürətlər qutusu 9G-Tronic ilə birgə çalışır. Yenilik ötürücülüdür, burada qabaq təkərlər çoxdiskli mufta ilə işləyir.

Təkmilləşdirilmiş AMG GLE 53 Coupe-nin də sirri açılıb. O, starter-generatoru olan yumşaq hibrid qurğu EQ Boost sistemi və 435 a.g.-ə malik 3-litrlik benzin altılıq alıb. Bu model yerindən 100 km/saat sürətə 5,3 saniyəyə çatır.

Yeni GLE Coupe-nin təqdimatı sentyabr ayında Frankfurtda keçiriləcək. Satış isə gələn ilin yazında başlayacaq.



teqlər:
Mercedes-Benz, Mercedes GLE 26.08.2019

Şərhlər


AD

Elanı Premium etmək

Daha tez satmaq imkanı!

Elanınız əsas səhifədəki Premium elan blokunda, sifariş olunan zaman müddətində göstəriləcək.
Orta hesabla, 10 dəfə daha çox baxış, 5 dəfə daha çox cavablanma, satışlar bir neçə dəfə tez həyata keçirilir!

Həmin elanın təkrar uzadılması zamanı cari xidmət müəyyən olunmuş günlərin sayı qədər uzadır (günlər toplanır).



Elanınızın nömrəsi:

Belə nömrə ilə elan mövcud deyil

Credit cardPortmanat