Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bugatti-dən yubiley hiperkarı

Kupe markanın son modelinin – Chiron-un bazasında yığılıb. Lakin onun dizaynı 1991-ci ildə nümayiş etdirilmiş və şirkətin təsisçisi Ettore Buqattinin 110 illəyinə həsr olunmuş EB110 hiperkarına daha bir işarə olaraq düzəldilib. O vaxtlar Bugatti brendinin hüquqları italiyalı Romano Artioliyə məxsus idi.

İndi şirkət Volkswagen konserninə daxil edilir. Lakin Centodieci-ni yaratmaqla ona İtaliya dövrü bəxş ediblər. Hətta avtomobilin adı üçün İtaliya rəqəmi seçilib ki, o, 110 kimi tərcümə olunur. Düzdür, o, indi digər yubileyə həsr edilib. 2019-cu ildə Bugatti markasının 110 illiyi tamam olub.

Centodieci-nin təqdimatı Pebbl-Biçdə keçirilmiş zəriflik müsabiqəsində edilib. Model donordan aldığı platformanı və texnikanı qoruyub. Xarici panellərin hamısı yenidir. Aerodinamika da təkmilləşdirilib. Qabaq baqajın qabağı üzərində əlavə hava kanalı da peyda olub. Arxa hissədə mühərrikin soyudulması üçün istifadə edilən kanalların barmaqlıqları tamamilə yenilənib.

Mühərrik Chiron-dan çıxarılıb və təkmilləşdirilib. Dörd turbo kompressorlu benzin 8.0 W16 indi 1600 a.g.-ə malikdir (əvvəl 1500 idi). Yeddi pilləli robot sürətlər qutusu da saxlanılıb. Kupe yerindən 100 km/saata 2,4 saniyəyə sürətlənir. 13,1 saniyədən sonra isə spidometr 300 km/saata çatır. Düzdür, Şirondan fərqli olaraq, maksimal sürət 420-dən 380 km/saata qədər azaldılıb.

Modelin interyeri barədə hələlik məlumat verilmir. Lakin bu, alıcıları təşvişə salmır. Centodieci-nin bütün tirajları artıq əvvəlcədən sifariş edilməklə satılıb. Şirkət bu avtomobildən 10 ədəd istehsal etmək niyyətindədir. Onların hər birinin qiyməti 8 milyon avrodur. Avtomobillər iki ildən sonra alıcılarına təhvil veriləcək.

AUTO.AZ



teqlər:
Bugatti, Bugatti Chiron 24.08.2019

Şərhlər


AD